“Neftçi”nin futbolçusu Emin Mahmudovun “Qəbələ” ilə yoxlama matçından (1:2) sonra müsahibəsi
- Artıq komandaya uyğunlaşmısan?
- Bəli, uyğunlaşmışam. Bu, elə də çətin olmadı. Çünki uşaqların bəzilərini əvvəldən də tanıyırdım. Həmçinin, baş məşqçimiz də bu məsələdə mənə kömək oldu.
-“Neftçi”yə gəlişinin tarixinə də toxunaq. Bu, necə baş verdi?
- Təklif oldu və mən də bu təklifi qəbul etdim.
- Səni bu qərara gəlməyə nə vadar etdi: Daimi oyun praktikası, yoxsa...?
- Bəli, ilk növbədə daimi oyun praktikası. Bu məqam mənim üçün çox vacib idi. Portuqaliya “Boavişta”sında qala bilərdim. Qalmaq da təklif olunmuşdu. Lakin daimi oynamaq istədiyim üçün oradan ayrıldım. Çünki bunun üçün darıxmışdım.
- Rusiya futbol ictimaiyyətinə tanış simasan. Qonşu ölkənin ən azı birinci divizionunda oynamaq imkanın yox idi?
- Hətta Premyer Liqa variantları da var idi. Sadəcə, konkret heç nə yox idi. Mən isə vaxt itirmək istəmirdim.
- Necə düşünürsən, “Neftçi” seçimin uğurludur?
- Bəli.
- Azərbaycan Premyer Liqası haqda düşüncələrin, fikirlərin necədir?
- Burada komandalar daha çox topla oynayır, daha çox ötürmə edirlər. Təbii ki, Azərbaycan Premyer Liqasını Portuqaliya çempionatı ilə müqayisə etmək olmaz. Orada temp daha yüksəkdir, inkişaf daha sürətlə gedir, futbolçular meydanda daha çox pressinq edirlər.
- “Neftçi”də qarşına qoyduğun əsas məqsəd nədir?
- Komandaya fayda vermək və daha yüksəyə qalxmaq.
- Millinin Çexiya ilə oyunu haqda nə deyə bilərsən?
- Oyuna baxmadığım üçün bir söz deyə bilmərəm.
Mənbə: report.az
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord