Kubokun finalı Gəncədə ola bilər

Kubokun finalı Gəncədə ola bilər
XƏBƏR 6 Oktyabr 2017 / 14:10 2474
-  A +

Azərbaycan Kubokunda 2017-2018 mövsümünün final oyunu Gəncə şəhər stadionunda keçirilə bilər.

Qol.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib.

O bildirib ki, Gəncə stadionunda mövcud problemlər aradan qaldırılsa, kubokun həlledici matçı orada keçiriləcək: "Hər bir bölgə bizə əzizdir. Tovuz şəhər stadionunun süni örtüklü olması və tribunalardakı darısqalçılıq buna imkan vermir. Gəncə rəhbərliyi stadiondakı problemləri aradan qaldırsa, 28 may Respublika günündə bayram bayrama qarışacaq".

Qeyd edək ki, Azərbaycan kubokunun final matçı 2018-ci il mayın 28-də olacaq.

Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner