"Məğlubiyyət həmişə acı olur. İstərdik ki, azarkeşlərimiz önündə qələbə qazanaq. Bunun üçün əlimizdən gələni edirdik. Sadəcə, alınmadı".
Qol.az-ın məlumatına görə, bu sözləri millimizin futbolçusu Cavid Hüseynov DÇ-2018-in seçmə mərhələsində Çexiyaya 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
"Qəbələ"nin kapitanı məğlubiyyətin səbəbini belə izah edib: "Tez-tez top itirirdik. Elə mənim özümü götürək. Sadəcə, onu deyə bilərəm ki, oyunum bərbad idi. Çox top itirirdik, 2-3 toxunmadan artıq ötürmə edə bilmirdik. Əzmkarlıq hesabına irəlidə nəsə etməyə çalışırdıq".
C.Hüseynov bildirib ki, kapitan Rəşad Sadıqovu milli komandadan qələbə ilə yola salmaq istəkləri baş tutmayıb: "Əlbəttə, Rəşadı da fikirləşirdik. Onun futbolumuz üçün əziyyəti çoxdur, danılmazdır. Sadıqovu qələbə ilə yola salmaq istəyirdik. Bilmirəm ki, bizə nə mane oldu. Yenə deyirəm ki, oyunumuz alınmadı. Lakin bunu ən pis oyunumuz hesab etmirəm. Bundan da pis çıxışımız olub".
O, oktyabrın 8-də Almaniya yığması ilə səfərdə keçirəcəkləri son oyun barədə də fikirlərini bölüşüb: "Almaniya dünyada ilk 3-lükdə olan yığma komandadır. Nə deyə bilərəm? Baxaq, görək necə olacaq?! Minimal hesab belə bizim üçün normal sayıla bilər".
Qeyd edək ki, C. Hüseynov Çexiya ilə oyunda 79 dəqiqə meydanda olub.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi