Joze Mourinyo prospekti

Joze Mourinyo prospekti
XƏBƏR 5 Oktyabr 2017 / 15:10 3230
-  A +

Portuqaliyanın Setubal şəhərində prospektlərdən birinə "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonun adı verilib.

Qol.az-ın xəbərinə görə, portuqaliyalı mütəxəssis oktyabrın 3-də Setubal Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə iştirak edib.

O, doğulduğu şəhərdə bu cür yüksək qiymətləndirildiyi üçün fəxr etdiyini deyib: "Mən Setubala tez-tez gəlirəm. Bu, yeganə şəhərdir ki, özümü sərbəst hiss edirəm. Burda anam yaşayır. Setubala gələndə özümü dünyasını dəyişən atama da yaxın hiss edirəm".

Qeyd edək ki, Joze Mourinyo 1963-cü ildə Setubal şəhərində doğulub.


Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner