“Çempionata çox yaxşı hazırlaşmışdıq. Bizim üçün ölkə xaricində təlim-məşq toplanışı təşkil olunmuşdu. Amma Premyer Liqaya istədiyimiz kimi başlaya bilmədik. Ardıcıl oyunlarda uduzduq. Bunun da səbəbkarı biz futbolçularıq. Çünki komandaya yaradılan şəraitin fonunda inamı doğrulda bilmədik. Sadəcə, oyunumuz biz istədiyimiz kimi alınmadı".
Qol.az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in futbolçusu Tural Rzayev Topaz Premyer Liqada çıxışlarını dəyərləndirərkən deyib.
24 yaşlı hücumçu bildirib ki, sonuncu turda “Qəbələ” səfərində qazandıqları qələbə onlar üçün əla olub: "Əhval-ruhiyyəmiz düzəldi, bir az özümüzə gəldik, komandaya münasibət dəyişdi. Göstərdik ki, istənilən rəqiblə oynaya bilərik, yalnız gücümüzü toplamalıyıq. Bu qələbə “Kəpəz”ə təkan olacaq. Fasilədən sonra daha yaxşı oynaya biləcəyik”.
T.Rzayev həmişə öz üzərimdə çalışdığını vurğulayıb: "Məqsədim bütün oyunlarda əsas heyətdə yer almaqdır. Yerimi möhkəmləndirmək istəyirəm. Çox şükür olsun ki, bu mövsüm əlimə düşən fürsəti dəyərləndirə bilmişəm. Mənə şans verdiyi üçün baş məşqçimizə də minnətdaram. Ümidləri doğrultmalıyam. Sözün açığı, hələlik öz oyunumdan tam razı deyiləm. Çatışmazlıqlarım çoxdur. Bunun üzərində məşqlərdə işləyirəm. Nəyə qadir olduğumu meydanda göstərə bilməmişəm”.
Gəncə şəhər stadionunun əsas meydançası bir müddətdir ki, yeniləndiyindən “Kəpəz” doğma publika önündə çıxış edə bilmir. Rzayevin fikrincə, komanda Gəncəyə dönəndə daha uğurlu qrafik çızmağa başlayacaq: “Azarkeşlər, Gəncə üçün çox darıxmışıq. Fanatlar bizim ən güclü tərəflərimizdən biridir. Onlar “Kəpəz”in üstünlüyüdür. Gəncədən xal aparmaq bütün klublar üçün çox çətindir. Çempionatın liderləri burada büdrəyir. Odur ki, evdə oynayacağımız günü səbrsizliklə gözləyirik. Azarkeşlərin də dəstəyi ilə Gəncədə daha yaxşı mübariz aparıb, xallar qazanacağıq”.
"Sumqayıt"da itki
"El-Klasiko"nu buraxacaq
"Yuventus"dan ayrılır
İtaliya A seriyasına yüksələn ilk komanda
"Bavariya" 40 yaşlı Noyerlə müqaviləni uzadır
Türkiyə millisi 2 yoxlama oyunu keçirəcək
Spaletti ayın ən yaxşısıdır
Enrike: "Bavariya" qarşılaşdığım ən çətin rəqibdir"
"Real"da baş məşqçi vəzifəsinə daha bir namizəd
Matiçlə yeni müqavilə imzalanacaq
PFL hakim təyinatlarını açıqladı
"Qarabağ"ın futbolçusu üçün mövsüm bitdi
Elvin əvəzedici heyətdə qolu belə vurdu - Yenilənib+Video
"Qarabağ" - "Turan Tovuz" matçının hakimləri açıqlandı
İspan klubu qələbəni Fələstin bayrağı ilə qeyd etdi - Video
AFFA "Qarabağ"ı 8000 manat cərimələdi
Azərbaycan millisi bu dəfə Belarusa qalib gəldi
“Barselona”dan “El Klassiko” üçün xüsusi forma
"İmişli" futbolçusu ilə müqaviləni uzatdı
Füzulidə FİFA-nın dəstəyi ilə festival keçirildi - Şəkillər
İnfantino növbəti seçkilərə də qatılacağını açıqladı
"Fənərbaxça"nın kapitanı futboldan 1 illik uzaqlaşdırıldı
"Mənim lüğətimdə təslim olmaq sözü yoxdur" - Arda Turan
Cenk Sümer: “Neftçi”nin yeri Avropadır” - Video
9-cu çempion: 18 ildə ilk
“Şaxtyor” uduzdu, "Rayo Valekano"dan qələbə
İngiltərə derbisini kim qazandı? - Avroliqa
"Neftçi"dən mübariz oyun, layiqli qələbə Video
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub