Fransa millisinin heyətində dəyişiklik

Fransa millisinin heyətində dəyişiklik
XƏBƏR 5 Oktyabr 2017 / 01:20 2838
-  A +

Fransa milli komandasının heyətində dəyişiklik edilib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, PSJ-nin müdafiəçisi Leven Kurzava zədəli olduğu üçün heyətdən kənarda qalıb.

Dizində problem yaşayan solaxay müdafiəçinin əvəzinə yığmaya Jordan Amavi dəvət alıb. “Marsel”in şərəfini qoruyan 23 yaşlı oyunçu ilk dəfədir ki, yığmaya çağırılır.

Xatırladaq ki, Fransa millisi oktyabrın 7-də DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bolqarıstanın qonağı olacaq.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq