“Qarabağ”ın rəqibi itki ilə üzləşdi

“Qarabağ”ın rəqibi itki ilə üzləşdi
XƏBƏR 5 Oktyabr 2017 / 00:47 2444
-  A +

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Roma” itki ilə üzləşib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, İtaliya klubunun üzvü Lorenso Pelleqrini sıradan çıxıb.

Ötən həftə sonu “Milan”a qarşı oynayan gənc yarımmüdafiəçinin millinin düşərgəsinə qoşulduqdan sonra zədəli olduğu məlum olub. 

Bu səbəbdən də o, qarşıdakı 7-10 gün ərzində yaşıl meydandan kənarda qalacaq.
Hələlik Pelleqrininin noyabrın 14-də “Napoli”yə qarşı oyuna qədər sıraya dönüb-dönməyəcəyi məlum deyil.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu