AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan millisinin Çexiya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl brifinq keçirib. Qol.az-ın məlumatına görə, E.Məmmədov əvvəlcə oyun barədə fikirlərini bölüşüb...
- Sabahkı oyun bizim üçün vacibdir. Seçmə mərhələdə son ev qarşılaşmasına komandamız əlavə motivasiya ilə çıxacaq. Bundan başqa kapitan Rəşad Sadıqovun son oyunudur. Təbii ki, milli üzvləri buna görə də məsuliyyət daşıyırlar. Onlar azarkeşləri də, kapitanı da sevindirmək istəyəcəklər. Ümidvarıq ki, millimiz sabah yaxşı oyun göstərəcək və 3 xal qazanmağa çalışacaq.
- Rəşad Sadıqovun mövqeyində kimi görürsünüz?
- Baş məşqçidən çox şey asılıdır. Növbəti seçmə tsiklin başlamasına 11 ay qalıb. O vaxtadək müdafiəçilər özlərini müsbət tərəfdən göstərməyə çalışacaqlar ki, baş məşqçi Rəşadın yerinə yeni kadr seçsin. Şərt deyil ki, həmin insan dərhal kapitan olacaq. Kapitan olmaq üçün buna layiq olduğunu sübuta yetirmək lazımdır. Sadıqov isə öz sözünü demiş futbolçu olub.
- Amma Azərbaycan Premyer Liqası klublarının heyətinə nəzər yetirdikdə mərkəz müdafiəçilərinin ya legionerlərdən, ya da milliyə layiq olmayan oyunçulardan təşkil olunduğu görünür...
- Baxaq da... Həyat göstərəcək.
- AFFA İcraiyyə Komitəsinin sabahkı iclasında müzakirə olunacaq digər məsələlər arasında Robert Prosineçkinin Azərbaycan millisindəki gələcək aqibəti də var?
- Xeyr. Gündəlik artıq elan olunub. Region Liqası ilə bağlı müxtəlif müzakirələr aparılacaq. Bəzi təkliflər hazırlamışıq ki, İcraiyyə Komitəsində baxılsın və qərar verilsin. Bundan başqa lisenziyalaşdırma ilə bağlı bəzi məsələlər, dəyişikliklər var. Onları tətbiq edəcəyik. Baş məşqçi məsələsi ilə bağlı isə heç bir müzakirə aparılmayacaq. Çünki cari seçmə mərhələdə hələ 2 oyunumuz var.
- Amma hər halda qalan oyunların nəticələri yığmanın növbəti mərhələ şanslarına heç bir təsir etməyəcək...
- AFFA İcraiyyə Komitəsi buna görə yığışmır. Bu məsələ ilə bağlı iclas seçmə mərhələ yekunlaşdıqdan sonra gözlənilir.
- Noyabrda yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub?
- Robert Prosineçki ilə də danışdıq ki, seçmə oyunlardan sonra qərar qəbul edək. Nəzərə almalıyıq ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində çıxış edir. Ona görə futbolçuları yoldaşlıq oyunu ilə yükləmək bəlkə də düzgün olmazdı. Hər halda bu barədə məşqçilər öz aralarında danışaraq, bizə bildirəcəklər. Oynamaq arzusunda olsalar, biz digər ölkələrin milli assosiasiyaları ilə danışıqlar aparacağıq və rəqib komanda tapılacaq.
- Bəzi klub rəsmiləri legioner limiti ilə bağlı narazılıqlar edirlər. Bu məsələyə baxıla bilərmi?
- Hazırda belə bir məsələ gündəmdə yoxdur. Artıq 4 ildir 6+5 sistemi ilə davam edirik. Faktlar və statistika göstərir ki, bu limit effekt verdi. 2008-ci ildə sıfırdan başlamışdıq, legioner limiti yox idi. Sonradan hər iki ildə bir dəfə sistemli şəkildə limit tətbiq edirdik. Bunun nəticəsində "Neftçi", "Qəbələ" və "Qarabağ" Avropa Liqasında, bu mövsümdən isə Ağdam komandası Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazandı. Eyni zamanda milli komandamız, eləcə də U-21 yığmamız daha yaxşı nəticələr göstərməyə başladı. Unutmayaq ki, bu sistemi FİFA tövsiyyə edib. Hər zaman bizi digər Avropa ölkələri ilə müqayisə edirlər. Amma unutmayın ki, Avropa İttifaqında fərqli qayda-qanun var. Orada futbolçuların Avropa İttifaqı ölkələri daxilində oynamalarında problem yoxdur. Bir futbolçu 2-3 ölkənin vətəndaşlığını ala və sonra isə seçim edə bilər. Bizdə isə bu, tamamilə başqa cürdür. Azərbaycanda legioner xaricdən gələn futbolçu sayılır. Amma məsələn, İspaniyada, İngiltərədə və ya Fransada bütün əcnəbilər legioner hesab edilmirlər. Çünki onlar Avropa İttifaqından olan digər ölkənin nümayəndəsidirlər. Hazırkı nəticələr göstərir ki, qəbul etdiyimiz sistem müsbət nəticələrini verir.
- Regional Liqada neçə komandanın iştirakı nəzərdə tutulub?
- Bir neçə təklif var. Bunları sabahkı iclasda təqdim edəcəyik. Liqanı 4 bölgəyə bölmə, mübarizəni seçmə və final mərhələlərindən ibarət etmə, yaxud da ev-səfər prinsipi əsasında bir liqadan ibarət yarış keçirmə variantları var. Təbii ki, Regional Liqa həvəskar statuslu olacaq.
- Mükafat fondunun da olacağı gözlənilir. Düşünmürsünüz ki, bu, birinci divizion komandalarının Regional Liqaya can atmalarına səbəb ola bilər?
- Mükafat fondu təklifi veriləcək. Lakin unutmayaq ki, bu, pilot layihə olacaq. İstəyirik ki, bölgə komandalarını Regional Liqaya cəlb edək. Bunun yollarından biri budur ki, Regional Liqanın qalibi peşəkar statusu qazanmaq istəsə, I Diviziona vəsiqə qazansın, digəri isə pul mükafatıdır.
- Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev gələn mövsüm Premyer Liqaya 4 komandanın gələcəyini açıqlayıb. Bu, nə dərəcədə realdır?
- Bu, əslində bizim arzumuzdur. İlk növbədə, 8 komandadan 10-a, 10 komandadan isə 12-yə qalxmaq istəyirik. Lakin hələlik I Diviziondan Premyer Liqaya yüksəlmə müraciəti almamışıq. Məncə, Premyer Liqa üçün 10-12 komanda daha idealdır.
- Birinci divizionun 3 dövrəli sistemlə keçirilməsi qərara alınıb. Bəzi komandalar evdə hansısa rəqibdən daha az oynama variantı ilə razılaşacaqlar?
- Artıq bəzi komandalarla danışmış, onların fikirlərini öyrənmişik. Düşünürük ki, problem olmayacaq. Bununla yanaşı, istəyirik ki, əlavə bir kubok təsis edək. Bu, Paytaxt Kuboku da ola bilər, sponsor tapsaq, başqa adla yarış ola bilər. İstəyirik ki, birinci divizion və Premyer Liqa komandaları üçün əlavə oyunlar olsun.
- Komanda sayı artacağı təqdirdə, Premyer Liqadan birinci diviziona enən olacaqmı?
- Hələlik demək çətindir. Birinci diviziondakı şəraiti də nəzərə almaq lazımdır. Hər şey sponsordan asılıdır. Birinci divizionun qalibi lisenziya ala bilməsə, ona Premyer Liqada iştirak icazəsi verə bilmərik.
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
Rafinya Norveçlə oyunu buraxacaq
"Bavariya"dan 55 milyon avroluq transfer
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda
Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
“Top saçıma toxunduğu üçün ofsayd qərarı verildi”
Naqelsmanın istefasının səbəbi açıqlandı
Deşamdan Mbappeyə hədiyyə - Video
Kevin Medina yeni klubunda təqdim olundu - Şəkillər
“Kəpəz”ə yeni rəhbər seçilib
Misir millisinin baş məşqçisi ilə polis arasında insident
Komandası ilə vidalaşdı, “Qarabağ”a qoşuldu
Ronaldo eyvana çıxıb azarkeşləri coşdurdu - Video
"Şəfa" Premyer Liqa üçün hazırlığa start verdi - Şəkillər
Alleqrinin yeni klubu rəsmiləşdi
Britaniya futbolu tarixinin ən bahalısı oldu
Futbolçu raket atəşi nəticəsində həyatını itirdi
Ronaldodan daha bir ilk
Mundialla vidalaşdı, milli karyerasını başa vurdu
Naqelsmann Almaniya millisindən ayrıldı
Ronaldo Modriçə nə deyib?
DÇ-2026-da 1/8 finalın müəyyənləşən cütlükləri
İspaniya millisi növbəti mərhələyə belə adladı - Video
Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi
İspaniya 1/8 finalda - Yenilənib
"Neftçi" "ÇFR Kluj"a belə uduzdu - Video
"Rəqib güclü və keyfiyyətli komanda idi" - Yuri Vernidub
Premyer Liqa klubu baş məşqçisini göndərdi
DÇ-2026-da "86-cı dəqiqə" kabusu
"Neftçi" Rumıniya klubuna uduzdu
İspaniya - Avstriya: Heyətlər
"İmişli" yeni baş məşqçisini açıqladı
"Sabah" uduzdu, sabiq "Qarabağ"lı qol vurdu