Millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində Çexiya ilə oyun öncəsi mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib.
- Bizi sabah seçmə mərhələnin sonuncu ev oyunu gözləyir. Rəqibimiz güclü komandadır. Çexiya yığmasını analiz etmişik. Rəqibin futbolçuları texnikalı oyunçulardır, topla davranışları çox yaxşıdır. Bilirik ki, bizim üçün çətin oyun olacaq. Buna baxmayaraq, hədəf sonuncu ev görüşümüzü yaxşı
- Sabah penalti olsa, bu zərbəni Rəşad Sadıqovun vurması üçün şərait yaradacaqsınız?
- Artıq 3 ildir Azərbaycandayam. Mən gələndən Rəşad millinin kapitanıdır. Məhz mənim rəhbərliyim altında 100-cü oyununu keçirib. Millinin əsas üzvlərindən biri olub. Əgər sabah penalti olsa, şəxsən mən imkan vermərəm vursun. Niyə? Çünki birdən vura bilməsə necə olacaq?
- Bu oyuna köklənmə ilə bağlı problem yoxdur ki?
- Sabah son ev oyunumuzu keçirəcəyik. Buna görə, motivasiya ilə bağlı heç bir problemimiz yoxdur.
- Rəşad Sadıqovun əsas əvəzləyicisi kimi hansı oyunçunu görürsünüz?
- Futbolçu həyatı elədir ki, çox qısa çəkir. Rəşadın da dediyi kimi hər şeyin sonu var. Əsas odur, nə vaxt getməli olduğunu biləsən. Rəşad Azərbaycan futbolunun görkəmli simalarından biridir. O ki qaldı onu kimin əvəz etməsinə, indi bu barədə danışmaq istəmirəm. Çünki sabahkı matça köklənmişəm.
- Sabahkı oyunda hansı heyətə güvənəcəksiniz?
- İki zədəli futbolçumuz var. Əfsuslar olsun ki, sonuncu məşqdə Maksim Medvedev zədələndi. O, sabahkı və Almaniya ilə matçı buraxacaq. Digəri isə Araz Abdullayevdir, çünki klubundan zədəli gəlib. Heyətə gəlincə, qapıda Kamran Ağayev dayanacaq. Müdafiədə Məhəmməd Mirzəbəyov, Bədavi Hüseynov, Rəşad Sadıqov və Pavel Paşayev yer alacaq. Yarımmüdafiədə Rahid Əmirquliyev, Cavid Hüseynov və Riçard Almeyda, ön xətdə isə Əfran İsmayılov, Ruslan Qurbanov və Dmitri Nazarov çıxış edəcək.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?
La Liqa klubunda yeni baş məşqçi
Ronaldo 981-ci qolunu Özbəkistan “Neftçi”sinə vurdu
“Traktor” ÇL-də ilk xalını qazandı