Millimizin kapitanı Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsində Çexiya ilə oyun öncəsi mətbuat konfransı keçirib. O, yığmamızın heyətində keçirəcəyi son matçdan əvvəl jurnalistlərin suallarını cavablandırıb.
- Ciddi rəqiblə qarşılaşacağıq. Son 2 matçlarına baxmışıq. Çox yaxşı formadadılar. Hazırda layiq oluqları yerdə deyillər. Şimali İrlandiyadan 2 baş üstündülər. Son ev matçımızıdır, azarkeşlərmizi sevindirməyə çalışacağıq.
- 16 il, 110 oyun. Sabahkı qarşılaşma sənə necə təsir edəcək?
- Fikrimin dağılmaması üçün bu haqda çox danışmaq istəmirəm. Əslində bu gün elan edəcəkdim. Sadəcə, əvvəldən açıqlandı, mən də təkzib etmədim. Təntənəli bir şeyin baş verməsini istəmirəm. Bu müddətdə nə dərəcədə yaxşı və ya pis oynadığımı azarkeşlər bilər. Gələcəkdə bu haqda danışmağa gələcəkdə vaxtımız olacaq. Milli mənim döyünən ürəyimdir. Hər şeyin bir sonu olur. İndi yalnız çexlərlə matça köklənmişəm. Asan qərar deyildi, bu haqda çox düşündüm və getməyi qərara aldım.
- Sabah penalti qazansaq zərbəni siz vurmaq istəyərdiniz?
- Bu cür hallara münasibətim yaxşı deyil. Əvvəlcədən nə qərar vermisənsə, sona kimi bunu etməlisən. Əgər komandada səndən yaxşı zərbə vuran varsa, penaltini də o yerinə yetirməlidir.
- Sizcə, gələcəkdə millidəki rekordlarınızı kimsə yeniləyə biləcək?
- Mənim millidə yeganə rekordum oyun sayıdır. Elə futbolçularımız var ki, 25-26 yaşı var, 60-70 oyun keçiriblər. Onların bu sayı geridə qoymaq imkanı var.
- Özündən sonra davamçı kimi görürsən?
- Bu sual mənə dəfələrlə verilib. Konkret cavab vermək çətindir. Hələ 1 il var. Kim özünü yaxşı göstərməyindən çox şey asılıdır. Fürsətdən istifadə edib, Prosineçkiyə dərindən minnətdarlıq bildirmək istəyirəm. Xorvatiyaya 0:6-dan sonra milli karyeramı başa vurmaq istəyirdim. Hətta fikrimi tərcüməçimiz Aydına və məşqçimiz Mahmud Qurbanova da demişdim. Bəxtimdən oyundan sonra heç bir media işçisi rastıma çıxmadı. Daha sonra Prosineçki milliyə gəldi və məni çox motivasiya etdi. Onunla danışdıqdan sonra yığma karyerama davam etdim. Ən böyük arzularımdan biri millidə 100 oyun keçirmək idi. Bunda sonra yenə millidən getmək istəyirdim, amma yenə də o, məni fikrimdən daşındırdı. Belə də gördüyüm ən maraqlı tsikli yaşadım. Hətta Şimali İrlandiya ilə ev oyunundan sonra da getmək istəyirdim onda da, Prosineçki icazə vermədi. Bu dəfə icazə alıb, karyeramı başa vururam. Artıq millidə özümü görmürəm. Bu həm mənə, həm də komandaya ziyandır. Məndən sonra yığmanın kapitanı Rahid Əmirquliyev olacaq.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?
La Liqa klubunda yeni baş məşqçi
Ronaldo 981-ci qolunu Özbəkistan “Neftçi”sinə vurdu
“Traktor” ÇL-də ilk xalını qazandı