Stiven Cerrard “Liverpul”un cari mövsümdəki çıxışını dəyərləndirib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, veteran futbolçu “Qırmızılar”ın cari mövsüm uğurlu nəticə qazanmağa qadir olduğunu söyləyib:
“Turnir cədvəli yalan danışmır. “Liverpul” indi yüksək yerlərdə deyil. Buna baxmayaraq, komandanın sərgilədiyi oyunu bəyənirəm.
Yurgen Kloppa heyranam. Düşünürəm ki, o, “Liverpul”u yalnız irəli aparır. Hiss olunur ki, Yurgen də baş verənlərdən razı deyil.
Unutmayaq ki, “Liverpul” cəmi 7 oyun keçirib. Qarşıda hələ uzun mövsüm var. Kloppa inamım sonsuzdur. Əminəm ki, onun rəhbərliyi altında komanda tezliklə irəli gedəcək”.
Qeyd edək ki, Premyer Liqada 7 turdan sonra aktivində 12 xal olan “Liverpul” yeddinci pillədə qərarlaşıb.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"