“O, Mourinyonun etimadını doğrultdu”

“O, Mourinyonun etimadını doğrultdu”
XƏBƏR 4 Oktyabr 2017 / 01:39 3905
-  A +

“Mançester Yunayted”in əfsanəvi futbolçusu Rayan Giqqz son zamanlar inamlı çıxışla yadda qalan Maruan Fellaininin çıxışını dəyərləndirib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Giqqz bildirib ki, belçikalı yarımmüdafiəçi inamlı oyunu ilə baş məşqçi Joze Mourinyonun etimadını doğruldub:

“Maruan komanda üçün vacib oyunçu olduğunu sübuta yetirdi. O, Pol Poqbanı lazımınca əvəzləməyi bacardı.

Fellaini son zamanlar çox mühüm qollar vurur. O, “Everton”da da bunu edib. Onun yerinə çox sevinirəm.

Daha əvvəl Maruanla birgə çalışmışam. Onun məşqçisi olmaq çox xoşdur. Çünki Fellarini verilən tapşırıqları dəqiqliyi ilə yerinə yetirir. Mourinyo daim ona inanıb. İndi də futbolçu bu inamı doğruldur”.

Son xəbərlər