“Qəbələ” sabiq hücumçusunu transfer etdi

“Qəbələ” sabiq hücumçusunu transfer etdi
ÖLKƏ FUTBOLU 21 Sentyabr 2017 / 15:26 7893
-  A +

“Qəbələ” sabiq futbolçusu Ekiqo Ehiosunu yenidən heyətinə cəlb edib.

Bu barədə Qol.az-a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.

O, komandaya azad agent statusu ilə keçən nigeriyalı hücumçu ilə 6+6 aylıq müqavilə imzalandığını deyib.

Qeyd edək ki, 2014/15 mövsümündə “Qəbələ”də çıxış etmiş 27 yaşlı futbolçu 32 oyunda 6 qol vurub. O, "Qəbələ"dən ayrıldıqdan sonra Türkiyənin "Samsunspor" və "Qaziantep BB" klublarında oynayıb.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner