“Səbail”in baş məşqçisi Samir Əliyevin Qol.az saytına müsahibəsi
- Premyer Liqamızda 5 tur arxada qaldı. Nəticələr sizin üçün ürəkaçan deyil. Bəs, yeni formalaşdırdığınız komandanız istədiyiniz istiqamətdə gedir?
- Hələ ki, 4 oyun keçirmişik. Bunların üçündə məğlub olmuşuq, birində qələbə qazanmışıq. Bir oyunuz təxirə salınıb. Hiss olunur ki, uşaqlar oyundan-oyuna inkişaf edir. Çalışırlar ki, daha yaxşı oynasınlar. İstəyirik ki, baxımlı futbol oynayaq. Nəticə də vacibdir. Ancaq təəssüf ki, hələ istədiyimiz nəticəni qazana bilmirik.
- Yeni yaranan komanda istəkli olur, futbolçular özlərini sübut etməyə çalışır. Biz bunu “Zirə”nin timsalında görmüşük. Komandanızda o istək var?
- Oyunlarda bu istəyi görmək olur. Hər bir futbolçu özünü göstərmək istəyir. Bu baxımdan problemimiz yoxdur. Nəticələrimiz yaxşılaşsa, komanda daha da ruhlanacaq.
- “Səbail” hələlik yaxşı nəticə vermir. Bunu futbolçuların ustalıq səviyyəsinin aşağı olması ilə əlaqələndirmək olar?
- Bəli, futbol komanda oyunudur. Bir futbolçunun ustalıq səviyyəsi yuxarı, digərininki aşağı olanda tarazlıq itir. Unutmayaq ki, mən birinci diviziondan da futbolçu götürmüşəm. Bəzi futbolçular isə buna qədər Premyer Liqa oyunlarında daima ehtiyatda olublar. Yəni futbolçularımızın bir çoxu oyun təcrübəsindən əziyyət çəkirdi. Ancaq getdikcə onlarda artım olduğunu görürəm. Futbolçu meydana çıxmalıdır ki, ustalıq səviyyəsi artsın. 3-4 oyundan sonra futbolçulardan nəsə tələb etmək düzgün deyil.
- Komandaya cəlb etdiyiniz legionerlərdən razısınız?
- Legioner müdafiçilərimizin birinin 20, digərinin 21 yaşı var. Biz onları perspektiv üçün heyətə cəlb etmişik. Düzdür, aralarında təcrübəliləri də var, amma çoxu 20-22 yaş arasındadır. Onların böyük potensialları var. Gələcəkdə komandaya kömək edəcəklər. Həm də onları bir müddətdən sonra başqa klublara sata bilərik. Biz legionerləri ayırmırıq. Ümumi olaraq deyə bilərəm ki, getdikcə futbolçular daha yaxşı çıxış edir. Komandaya yeni legioner hücumçu da cəlb etmək üzrəyik. Ancaq hələ tibbi müayinədən keçmədiyi və müqavilə bağlamadığımız üçün bu barədə geniş danışmaq istəmirəm. Danışıqlarımız müsbət yekunlaşıb. Yeni hücumçu gələndən sonra hücum xəttindən rəqbət artacaq.
- Komandanızda sırf hücumçu yoxdur. Niyə hücumçu transfer etmədiniz?
- Komandanı formalaşdırdıqca fikirləşirdik ki, Nurlan Novruzov, Vüqar Nadirov, Raul Yaqubzadə hücumda bizə kömək edəcəklər. Düzdür, Azərbaycanda hücumçular azdır. Yüksək səviyyəli hücumçu tapa bilmirik. Legionerlərdən isə yaxşı hücumçu çox bahadır. Biz də düşündük ki, hücumda sırf yerli futbolçular oynasın. Ancaq görürük ki, hücum xəttində rəqabət aşağıdır. Ona görə də daha bir legioner dəvət etdik. Demək olar ki, komandaya götürmüşük. Amma hüquqi işlər tam yekunlaşmadığından həmin oyunçunun adını açıqlamaq istəmirəm.
- Yəqin Vüqar Nadirov və Nurlan Novruzovdan gözləntiləriniz daha böyük idi.
- Bizim çempionatdakı rəqiblərimiz neçə illərin komandalarıdır. Son olaraq qarşılaşdığımız “Qəbələ”nin müdafiəçiləri Stankoviçlə Vernidub artıq 2-3 ildir ki, bir yerdə oynayır. Bu gün Nurlanla Vüqarın onlara bərabər səviyyədə mübarizə aparmaları çətin məsələdir. Buna baxmayaraq, onlara başağrısı ola bildilər. Hər oyunda qol vəziyyətləri yaradırıq. Sadəcə, hücumçularımız son nöqtəni qoya bilmirlər. Bunun üzərində işləyirik. Əsas odur ki, qol vəziyyətləri yarada bilirik. Az da olsa oyun sxemimiz görsənir.
- “Səbail”də transfer işləri necə tənzimlənir? Bu yay istədiyiniz transferləri edə bildiniz, yoxsa büdcə məhduddur?
- Büdcəyə uyğun trasnferlər edirik. Sözün düzü, elə bir narazılığım yoxdur. Bu komandanı biz formalaşdırmışıq. Bu cür futbolçularla işləmək daha maraqlıdır. Komandamızdakı oyunçulardan gələcəkdə irəli gedən olarsa, bu, bizim əziyyətimizin bəhrəsi olacaq. Bizim komanda gələcəyə hesablanaraq qurulub. Legionerləri də buna görə almışıq. Mövsümün sonunda kimlərə yenidən güvənib-güvənməyəcəyimiz bəlli olacaq. “Səbail” cəmi iki ildir fəaliyyət göstərir. Ona görə də pillə-pillə addımlamaq istəyirik.
- “Səbail”in demək olar ki, azarkeşi yoxdur. Boş tribunalar önündə oynamaq komandaya necə təsir edir?
- Əlbəttə ki, hər bir komandaya güclü azarkeş dəstəyi lazımdır. Bayıldakı stadionumuzda təmir işləri getdiyi üçün rəqiblərimizi “Dalğa Arena”da qəbul edirik. Səbail böyük bir rayondur. İnanıram ki, biz “Bayıl Arena”da oynayanda az da olsa azarkeş toplaya biləcəyik. Rəhbərlik bununla bağlı işlər görür. Yaxşı oyun, yaxşı nəticələrimiz olsa, yəqin bizə də dəstək olacaqlar. Yadınızdadırsa, “Rəvan” müəyyən qədər azarkeş toplaya bilmişdi. 200-300 azarkeş də gəlsə, komandaya böyük kömək olar.
- Sabiq komandanız “Neftçi”yə daha bir gənc məşqçi Tərlan Əhmədov gətirildi. Sizcə, bu təyinat komandanı acınacaqlı durumdan çıxara bilər?
- Son illərdə “Neftçi”də çoxlu məşqçi dəyişikliyi oldu. Tərlan Əhmədovun uğur qazanmaq üçün kifayət qədər təcrübəsi var. Onun “Neftçi”də böyük əziyyəti olub. Hər şey özündın asılıdır. Hara getdiyini çox gözəl dərk edir. Yəqin özünə güvənib ki, o yükün altına girib. Həm “Neftçi”yə, həm də Tərlan Əhmədova uğurlar arzulayıram. “Neftçi” yüksək pillələrdə olsa, çempionatda rəqabət də artar.
Ramiq AĞAMƏMMƏDOV
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
"Real"ın tibbi heyətindən kobud səhv
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi
Muslera yenidən Uruqvay millisində
Fransa millisindən kənarlaşdırıldı
"Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik"
Vaqner Lav 41 yaşında karyerasını başa vurdu
Azərbaycan millisi apreldə daha iki oyun keçirəcək
“Qarabağ” Sinenkonu transfer edir? - Menecerdən açıqlama
Messi “Qızıl top”u akademiyaya apardı - Video
Tanınmış futbolçu karyerasını başa vurdu
Milliyə çağırılmadı, saatlarla qumar oynadı
Qrizmanın yeni klubundakı qazancı bilindi
“Yuventus”un müdafiəçisi “Barselona”nın hədəfində
Fransa millisində Deşamı Zidanın əvəzləyəcəyi dəqiqləşdi
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu