Nazarovdan növbəti qol

Nazarovdan növbəti qol
XƏBƏR 26 Avqust 2017 / 16:50 4967
-  A +

Millimizin və "Erzqebirge Aue"nin üzvü Dmitri Nazarov Almaniya 2-ci Bundesliqasında növbətini qolunu vurub.

Qol.az-ın məlumatına görə, o, “Nürnberq”lə ev oyununda fərqlənib. Strat heyətdə meydana çıxan və sonacan mübarizə aparan yarımmüdafiəçi komandasının 3:1 hesabı ilə qalib gəldiyi oyunda 2-ci qolun müəllifi olub.

"Erzqebirge Aue" 4  turdan sonra 4 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Qeyd edək ki, bu gün millimizin digər üzvü Renat Dadaşov da Almanaiyda növbəti qolunu vurub. O, "Aytraxt"ın heyətində Almaniya Gənclər Bundesliqasında "Hoffenhaym"la oyunda fərqlənib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner