Renat Almaniyada növbəti qolunu vurdu

Renat Almaniyada növbəti qolunu vurdu
XƏBƏR 26 Avqust 2017 / 12:20 4388
-  A +

Almaniya Gənclər Bundesliqasının Cənub zonasında 1-ci turun təxirə salınmış oyunu keçirilib.

Qol.az-ın  məlumatına görə, millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi “Ayntraxt”ın U-19 komandası səfərdə “Hoffenhaym”la qarşılaşıb.

Görüş Frankfurt təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan millimizin hücumçusu komandasının yeganə qolunun müəllif olub.

Qeyd edək ki, "Ayntraxt" 3 xalla 7-ci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər