"Çelsi" yeni müqavilə imzaladı, sonra icarəyə verdi

"Çelsi" yeni müqavilə imzaladı, sonra icarəyə verdi
XƏBƏR 26 Avqust 2017 / 10:45 4277
-  A +

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən biri olan "Çelsi" futbolçusu Kennet Omeruo ilə müqavilə yeniləyib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 23 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2020-ci ilin iyununa qədər uzadılıb. Daha sonra klub nigeriyalı oyunçunu "Kasımpaşa"ya bir mövsümlük icarəyə verib.

Qeyd edək ki, K.Omeruo ötən mövsüm icarə əsasında "Alanyaspor"da oynayıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner