"Oyunumuz ürəkaçan olmadı. Baxmayaraq ki, 3 xal qazandıq. “Səbail” mübariz komandadır. Matçdan sonra rəqibin məşqçilərini də təbrik etdim. Xoşbəxtlikdən qələbə bizim oldu və ilk qalibiyyətimizi əldə etdik. Bu qələbə bizə çox lazım idi".
Qol.az-ın məlumatına görə, bu sözləri Bakı "İnter"inin kapitanı Nizami Hacıyev Topaz Premyer Liqanın üçüncü turunda "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Oyundan sonra “Səbail”in litvalı müdafiəçisi Eqdaras Zarskis ilə dialoqun oldu…
- Komandamızın sabiq futbolçusu Robertas Poşkus Edqarasın dostudur. Bizə salam göndərib. Onu mənə çatdırdı.
- Milliyə dəvət almadın. Robert Prosineçkiyə sözün nədir?
- Prosineçkiyə uğurlar arzu edirəm. Komandamızdan isə ancaq qələbə gözləyirik. “Qarabağ” bizi Avropada layiqli təmsil edir. Bu uğuru Prosineçkinin komandasından da gözləyirəm.
- Komandandada vəziyyət necədir, irəliləyiş var?
- Klubda vəziyyət stabilləşir. Artıq hər şey yaxşıya doğru gedir. Rəhbərlik bizim yanımızdadır. Düzdür, çatışmayan cəhətlərimiz də var. Amma aradan qaldırırlır. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Heyətdəki problemlərə baxmayaraq, dekabra qədər layiqli mübarizə aparacağıq.
- Dekabra qədər “İnter” dözə biləcək?
- Əlbəttə, dözəcək. Biz üç ildir pulsuz oynayırıq (gülür). O qədər şeyə rastlaşıb dözmüşük... Düşünürəm ki, 15 nəfərlə ilin sonuna kimi mübarizə apara bilərik.
- Rauf Əliyevin “Kukesi”yə keçidi ilə bağlı onunla danışdın?
- Raufa uğurlar arzulamışam. Bir tərəfdən üzücü oldu. O, komandamızın aparıcı simalarından biri idi. Çempionatın bombaridiri olub. Yaxın dostumuz və dəyərli insandır. Bizi tərk etsə də, qəlbimizdə yeri var. Azərbaycanı layiqli şəkildə təmsil etməlidir və edəcək də.
- Bəzi oyunçular məcburiyyətdən oynadılır. Düşünmürsən ki, qış fasiləsində “İnter”də heyətdə köklü dəyişikliklər olacaq?
- Əlbəttə, bu, futbolun qanunudur. Kim özünü yaxşı tərəfdən göstərməsə, həmçinin, mən də daxil olmaqla komandadan göndəriləcək. Kim rəhbərliyin, məşqçinin etimadını doğrultsa, komandada qalacaq. Qışda isə nəticə qazanmaq üçün yaxşı transferlər gözlənilir.
- Fiziki durumun necədir?
- 15 gün idi ki, məşq etmirdim. İlk iki turu bu səbəbdən buraxdım. Artıq çəkim də var. Yaxşı oğlanın artıq çəkisi olar (gülür). Hər şey yaxşıdır.
- Köhnə formalarla oynamaqdan bezmirsiniz?
- Rəhbərimiz Zaur Axundov söz verib ki, formalar dəyişiləcək (sportal.az).
Qol vurandan sonra huşunu itirdi
"Araz-Naxçıvan" - "İmişli" matçından - Video
Nuriyev qol vurdu, komandası uduzdu
"Bizi çox çətin oyunlar gözləyir" - Cavid Hüseynov
Transfer təklifini rədd etdi, kapitanlıqdan məhrum oldu
“Sumqayıt” portuqaliyalı futbolçu transfer etdi
Şeydayevin komandasının matçı təxirə salındı
"Çelsi" "Real Sosyedad"a qalib gəldi
"Sabah" - "Kəpəz" matçının heyətləri açıqlandı
"İmişli"nin futbolçusu zədələndi
"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Konyaspor"dan bir gündə 4 transfer
Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
İmad Faraj "Neftçi" ilə vidalaşdı
“Qalatasaray”a "yox" dedi
“Mançester Siti” onu icarəyə göndərdi
Ferran Torres PSJ-yə keçdi
“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar
“Milan” futbolçusunu icarəyə verdi
“Atletiko” 40 milyonluq transferi açıqladı
"Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
İspaniyada transferlərə ən çoxu pulu kim xərcləyib?
“Qarabağ”ın tarixini dəyişən “Tvente” qolu - Video
Fransa FİFA-UEFA qarşıdurmasında İnfantinonu dəstəkləyir
"İnter"dən “Latsio”ya
İmmobile karyerasını başa vurdu
“Qalatasaray” debütantla oyunda xal itirdi - Video
Bu gün La Liqada yeni mövsüm başlayır
“Qarabağ”la oyuna getməkdən imtina etdi - Oteldə qaldı
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
“Traktor” yeni mövsümə qələbə ilə başladı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi