"Sizə dərin təşəkkürümü bildirirəm. Demək istəyirəm ki, mən daima futbolçuların yanındayam. Burada millimizin üzvləri də çoxdu, xarici oyunçular da. Futbolçular adından bizə göstərdiyini qayğıya görə sizə minnətdarlğımızı bildirirəm. Daima sizin diqqətinizi üzərimizdə hiss edirik”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın kapitanı Rəşad Sadıqov Azəbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib. Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ”ı qəbul edən dövlət başçısı ilə görüşdə Sadıqov da fikir bildirib: "Bəzən oyuna gedəndə və oyundan qayıdanda öz aramızda söhbət edirik və deyirik ki, görəsən, bu qələbədən sonra prezidentimizin diqqətini cəlb edə bilmişikmi? Sizin qəbulunuza düşmək bizim üçün böyük stimuldu”. Kapitan onu da bildirib ki, ölkə başçısının futbolçularla görüşməsi onlar üçün böyük stimul olub: "İtaliyanın "İnter” klubuna məğlubiyyətdən sonra qeyd olunduğu kimi, sizin bizi qəbul etməyiniz böyük stimul oldu. Belə məğlubiyyətdə ilk dəfə idi qarşılaşırdıq və belə demək mümkünsə, "sınmışdıq”. Amma sizinlə görüş bizim üçün böyük motivasiya oldu və biz bütün gücümüzü ortaya qoya bildik”.
Prezident kapitana cavab olaraq, bu sözləri deyib: "Xahiş edirəm, mənim sözlərimizi bu gün burda iştirak etməyə futbolçulara çatdırasınız. Həm yığma üzvləri, həm də digər klubların futbolçuları bilməlidir ki, imkan daxilində oyunları izləyirəm. Əgər Bakıdayamsa, bütün oyunlara baxıram, elə dünənki oyunu da izləmişəm. Görürəm meydanda gözəl oyun və nəticə var. Oyun olan yerdə, iradə olan yerdə mütləq nəticə olacaq. Məhz siz ləyaqət və iradə sayəsində "İnter”lə oyundakı kobud səhvi unutdunuz və yeni-yeni uğurlar əldə etməyə başladınız”.
Ölkə başçısı Sadıqovun hələ bir neçə il futbol oynamaq gücündə olduğunu vurğulayıb: "Səni də oyunçu kimi çox qiymətləndirirəm. Sən hələ çox oynamalısan. Mən bilirəm ki, sən veteransan, amma sən bütün "Qarabağ”a da, milli komandaya da güc verirsən, onu bil. Sən çox gözəl oyunçusan. Sən demək olar ki, səhv buraxmırsan. Sağ ol Rəşad, çox sağ ol".
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək