Püşkdən sonra "Qarabağ"dan - müraciət

Püşkdən sonra "Qarabağ"dan -  müraciət
XƏBƏR 24 Avqust 2017 / 21:33 13235
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasından sonra “Qarabağ” özünün bəzi azarkeşlərinə müraciət edib.

Qol.az-ın xəbərinə görə, klub rəsmi Feysbuk səhifəsində xahiş edib ki, rəqiblərimizin sosial şəbəkə hesablarında etik normalardan kənara çıxmayaq, öz əxlaq və mədəniyyətimizlə örnək olaq:

“Daha öncə rəqiblər öz sosial şəbəkə hesablarından Azərbaycana girişi qadağan etmişdilər, indi isə qitənin ən güclü klublarının xatirələrində neqativ qalmayaq. Anlayışınız üçün təşəkkür edirik”.

Xatırladaq ki, “Qarabağ” ÇL-in qrupunda “Çelsi” (İngiltərə), “Atletiko” (İspaniya) və “Roma”ya (İtaliya) rəqib olub.


Son xəbərlər