Qrizmann cəzalandı - hakimi söydüyünə görə

Qrizmann cəzalandı -  hakimi söydüyünə görə
XƏBƏR 23 Avqust 2017 / 18:28 4254
-  A +

“Atletiko”nun hücumçusu Antuan Qrizmann İsaniya Futbol Federasiyası tərəfindən iki oyunluq cəzalandırılıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb fransalı futbolçunun La Liqanın ilk turunda “Jirona” ilə keçirilən oyunda baş hakim Xuan  Martines Munueranı təhqir etməsi olub.

Qrizmann matçın 67-ci dəqiqəsində sarı vərəqə aldıqdan sonra hakimə söyüb. Bundan sonra isə ona birbaşa qırmızı vərəqə göstərilib.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner