"Qarabağ" ölkə futbol tarixini dəyişdirəcək bir matça çıxacaq. Çempionlar Liqasının qrupunda oynayacağımızı təsəvvür edəndə tüklər biz-biz olur.
Bakıdakı oyunun əvvəlində futbolçularımızda həyəcan vardı. Hər zaman soyuqqanlığı ilə seçilən Qara Qarayev, qapıçı İbrahim Şehiç və başqa futbolçularımız bir neçə dəfə "ürəyimizi ağzımıza gətirən" səhvlər etdi. Yaxşı ki, qonaqlar da həyəcanlı idi və bundan istifadə edə bilmədi.
Start fitindən əvvəl həmkarlarım Pərviz Hikmət və Kənan Məstəliyevə "Neftçi" ilə oyundakı kimi rahat olsaq lazımlı hesabla qalib gələcəyik" demişdim. Mahir Mədətovun qolundan sonra bu həmkarlarım sevincdən hərəsi bir tərəfdən üstümə atıldı. O anları bir daha və .. .ÇL-in qrup mərhələsində yaşasaq nə gözəl olar...
Fasilədə bir başqa həmkarım Vüsal Mahmudovla söhbətimdə dizlərimin əsdiyini gördüm və bunu Vüsala deyəndə gözlərim doldu. Oyunun əvvəlində həyəcandan səhvlər edən futbolçularımızı anlamağa başlamışdım. Qarşılaşma bitənə kimi Pəviz Hikmətlə 2 saatda siqaret çəkmək rekordunu qırdıq. Şükür ki, qalib gəldik. Hesab da gözəl və komfortlu idi.
Amma bu hələ heç işin yarısı da deyil. Bizi daha bir çox möhtəşəm və tarixi matç gözləyir. Özümüzün harda olmağımızdan asılı olmayaraq ürəyimiz "Parken"də olacaq.
Sözün əsl və məcazi mənasında ürəklərimizi Kopenhagenə göndərdik.
Məndə bu mənada feysbukda status yazdım. Özüm burda olsam da ürəyim Kopenhagenə uçurdu. Dostluğumdakı dəyərli insanlar uğurlar arzuladı. Bəziləri isə bunu az qala qəhrəmanlığa bərabər tutdu. Onların hamısına təşəkkür edirəm. Amma Bakıdayam. Olimpiya stadionunda oyunu izləyib, ordan da "Qarabağ"ı qarşılamaq üçün aeroporta gedəcəm.
Əslində virtual dostlarım doğru fikirləşir orta statistik Azərbaycan vətəndaşının öz gücü ilə Kopenhagenə gedib çempionumuza dəstək verməsi qəhramanlığa bərabərdi. Xalqımızın maddi durumunu nəzərə alsaq sadə bir azərbaycanlı bu işi görsə fədakarlıq etmiş olacaq. Kredit, faiz və ya borc götürəcək, hansısa dəyərli əşyası varsa onu satacaq. Məhz buna görə Kopenhagenə gedəcək sadə azərbaycanlılara insanlarımız qəhrəman kimi baxır. Təəssüf ki, "Parken" stadionunun bizim azarkeşlərə ayrılmış A11 tribunasında 90 dəqiqə dəstək vermək üçün alışıb-yansam da, bunu həddən çox istəsəm də hazırki reallıqda mümkünsüzdü. Milyonlarla sadə vətəndaşlarımız kimi... Azarkeşlər bir yana ölkəmizin heç bir kütləvi informasiya vasitəsi maddi çətinliyə görə bu tarixi matça əməkdaşını göndərə bilmir...
Avropada və dünyanın başqa sivil ölkələrində yaşayan və Kopenhagenə gəlib oyunu canlı izləmək üçün maddi imkanı olan soydaşlarımız çoxdu. Əminəm, güney azərbaycanlılardan tutmuş türkiyəlilərə kimi saysız-hesabsız "Qarabağ" azarkeşi sabah A-11 sektorunu tam doldurub çempionumuzu 90 dəqiqə dayanmadan dəstəkləyəcək və bu tarixi bir olub yazacağıq!
Özləri Azərbaycanda ürəkləri Kopenhagendə olanlara bu bəsdi. Başqa heç nə istəmirik. Nə bilet, nə avtobus, nə pul... Bizə qələbə lazımdı, bircə qələbə! Və bu qələbəni də bir olub, bütov olub qazanacağıq!
Anar ŞABANOĞLU
“Futbol+” qəzeti
Qol vurandan sonra huşunu itirdi
"Araz-Naxçıvan" - "İmişli" matçından - Video
Nuriyev qol vurdu, komandası uduzdu
"Bizi çox çətin oyunlar gözləyir" - Cavid Hüseynov
Transfer təklifini rədd etdi, kapitanlıqdan məhrum oldu
“Sumqayıt” portuqaliyalı futbolçu transfer etdi
Şeydayevin komandasının matçı təxirə salındı
"Çelsi" "Real Sosyedad"a qalib gəldi
"Sabah" - "Kəpəz" matçının heyətləri açıqlandı
"İmişli"nin futbolçusu zədələndi
"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Konyaspor"dan bir gündə 4 transfer
Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
İmad Faraj "Neftçi" ilə vidalaşdı
“Qalatasaray”a "yox" dedi
“Mançester Siti” onu icarəyə göndərdi
Ferran Torres PSJ-yə keçdi
“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar
“Milan” futbolçusunu icarəyə verdi
“Atletiko” 40 milyonluq transferi açıqladı
"Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
İspaniyada transferlərə ən çoxu pulu kim xərcləyib?
“Qarabağ”ın tarixini dəyişən “Tvente” qolu - Video
Fransa FİFA-UEFA qarşıdurmasında İnfantinonu dəstəkləyir
"İnter"dən “Latsio”ya
İmmobile karyerasını başa vurdu
“Qalatasaray” debütantla oyunda xal itirdi - Video
Bu gün La Liqada yeni mövsüm başlayır
“Qarabağ”la oyuna getməkdən imtina etdi - Oteldə qaldı
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
“Traktor” yeni mövsümə qələbə ilə başladı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi