UEFA-nın yeni reytinqi - Azərbaycan gerilədi

UEFA-nın yeni reytinqi -  Azərbaycan gerilədi
XƏBƏR 23 Avqust 2017 / 09:50 7255
-  A +

UEFA-nın yeni reytinqi açıqlanıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Çempionlar Liqasında keçirilən 5 görüşdən sonra siyahıda müəyyən dəyişikliklər olub.

Şotlandiyanın 4 pillə irəliləməsi Azərbaycanın 1 pillə geriləməsinə səbəb olub. “Seltik”in Çempionlar Liqasının qrupuna düşməsi ilə Şotlandiya 22-ci sıraya yüksəlib. Bu səbəbdən Azərbaycan 23-cü yerə  enib.

Ölkəmizin son 5 mövsümə əsasən hesablanan reytinq xalı 17,625-dir.
 
Qeyd edək ki, siyahıya 90,141 xalla İspaniya başçılıq edir.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq