Peşəkar Futbol Liqasının stadionları təftiş qrupu Gəncə, Tovuz və Yevlax stadionlarının Premyer Liqa və birinci diviziona hazırlıq vəziyyətini yoxlayıb.
Qol.az-ın məlumatına görə, qurumun mütəxəssisləri Gəncə şəhər stadionunda təmir işləri aparıldığından "Kəpəz"in ev oyunlarını Tovuzda keçirməsinin mümkünlüyünü araşdırıblar. Daha sonra PFL əməkdaşları Yevlax şəhər stadionunun infrastrukurunu yoxlayıblar. Buradakı vəziyyətin Tovuz stadionu ilə müqayisədə daha normal olduğu, müəyyən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra "Kəpəz"in Gəncə şəhər stadionunda təmir işləri yekunlaşana kimi Yevlaxda oynaya biləcəyi vurğulanıb.
PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev Qol.az-ın müxbiri ilə söhbətində məlumatı təsdiqləyib. O qeyd edib ki, Yevlax şəhər stadionunda infrastruktur Tovuzla müqayisədə daha əlverişlidir: " Hələlik məsələ ilə bağlı yekun qərar verilməyib Müəyyən işlər aparıldıqdan, qeyd edilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra PFL rəhbərliyinin, rayon icra hakimiyyətinin və klubun razılığından sonra "Kəpəz"in ev oyunlarını Yevlaxda keçirməsi mümkündür".
Qeyd edək ki, əgər "Kəpəz" ev oyununu keçirmək üçün Yevlaxı seçsə, bu zaman uzun fasilədən sonra Premyer Liqa oyunu Yevlaxa qayıdacaq.
Xatırladaq ki, Yevlaxda Premyer Liqanın son oyunlar 2009/2010 mövsümündə yerli "Karvan" komandasının iştirakı ilə keçirilib.
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı