Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin yığıncağı keçirilib.
Qol.az-ın xəbərinə görə, Rusiyanın paytaxtı Moskvada təşkil olunan tədbirdə kişi boksçular arasında 2019-cu və 2021-ci illərdə keçiriləcək dünya çempionatlarının təşkil ediləcəyi yer müəyyənləşib.
Belə ki, bu iki mundialın təşkilatçılığına iddiaçıların müraciətlərinə baxılıb və qərarlar qəbul olunub. DÇ-2019-un ev sahibliyi Rusiyaya (Soçi şəhəri) verilib.
2021-ci ildə keçiriləcək çempionat isə Hindistana həvalə edilib. Turnir ölkənin paytaxtı Yeni Dehlidə olacaq. Bu şəhər həm də qadınlar arasında keçiriləcək DÇ-2018-ə ev sahibliyi edəcək. 2019-cu ildə isə qadın boksçuların yarışı Türkiyənin Trabzon şəhərində keçiriləcək.
Qeyd edək ki, bu il keçiriləcək mundiala Almaniyanın Hamburq şəhəri ev sahibliyi edəcək. Avqustun 25-də start götürəcək yarış sentyabrın 3-də başa çatacaq.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub