“Qəbələ” Varşava hazırlığına yekun vurdu

“Qəbələ” Varşava hazırlığına yekun vurdu
XƏBƏR 19 İyul 2017 / 01:41 2078
-  A +

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Yagelloniya” ilə cavab oyununa Polşada hazırlaşan “Qəbələ” Varşavadan Belostoka yollanıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, iyulun 16-dan Polşa paytaxtında hazırlıq keçən “qırmızı-qaralar” dünən günün ilk yarısında məşq edib.

Futbolçular toplu və topsuz təmrinləri yerinə yetiriblər. Hazırlıq prosesi “Drukarz” klubunun stadionunda baş tutub. Günün ikinci yarısında isə “Qəbələ” oyunun keçiriləcəyi Belostoka yollanıb.

“Qırmızı-qaralar” “İbis otel”də məskunlaşıb. Bu gün “Qəbələ” matçın baş tutacağı Belostok şəhər stadionunda oyunöncəsi son məşqinə çıxacaq.

Xatırladaq ki, iyulun 20-də keçiriləcək “Yagelloniya” - “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır