"Neymar 200 faiz başqa kluba keçməyəcək"

"Neymar 200 faiz başqa kluba keçməyəcək"
XƏBƏR 18 İyul 2017 / 16:43 3109
-  A +

"Barselona"nın vitse-prezidenti Xordi Mestre komandanın futbolçusu Neymarın PSJ-yə keçəcəyi barədə iddialara münasibət bildirib.

Qol.az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, o, braziliyalı hücumçunun komandada qalacağını deyib:"Neymar 200 faiz başqa kluba keçməyəcək. PSJ də onu almaq istədikləri ilə bağlı yayılan xəbərləri təkzib edib".

Qeyd edək ki, bundan əvvəl PSJ-nin Neymar üçün 222 milyon avro ödəməyə hazır olduğu bildirilirdi.


Son xəbərlər
topaz banner