Ozan Can meydanda, Dəniz kənarda

Ozan Can meydanda, Dəniz kənarda
XƏBƏR 18 İyul 2017 / 16:15 3147
-  A +

Millimizin futbolçuları Dəniz Yılmaz və Ozan Can Kökcünün şərəfini qoruduğu “Bursaspor” Avstriyada təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda İngiltərə Çempionşip təmsilçisi “Lids”lə üz-üzə gəlib. Matç "Bursaspor"un 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Sözügedən qarşılaşmada 21 yaşadək futbolçulardan ibarət millimizin yarımmüdafiəçisi O.C. Kökcü ikinci hissədə meydana daxil olub. Əsas millimizin hücumçusu D.Yılmaz isə oynamayıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner