"Neftçi" yoxlama oyununda qalib gəldi

"Neftçi" yoxlama oyununda qalib gəldi
XƏBƏR 15 İyul 2017 / 16:11 3750
-  A +

"Neftçi” təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Qol.az-ın xəbərinə görə, "ağ-qaralar" yeni mövsümdən 1-ci divizionda çıxış edəcək "Binə” klubu ilə qarşılaşıb.

İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında keçirilən görüş "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə nəticələnib. Yeganə qola matçın ikinci hissəsində Rəsul Babazadə imza atıb.
 
“Neftçi”: Rəşad Əzizli, Georgi Navalovski (Məqsəd İsayev), Kirilo Petrov (Rahil Məmmədov), Pavel Dreksa, Məhəmməd Mirzəbəyov (Ömər Buludov), Tərzin Cahangirov (Edson Kastilyo), Ruslan Abışov, İqnasio Errera (Daniel Seqoviya), Rəhman Hacıyev (Namik Ələskərov), Elnur Cəfərov (Fəhmin Muradbəyli), Uqo Barqas (Rəsul Babazadə).

Qeyd edək ki, "Neftçi” Bakı toplanışı çərçivəsində növbəti yoxlama oyununu iyulun 19-da "Şüvəlan”a qarşı keçirəcək.

Son xəbərlər
topaz banner