Amit Quluzadənin yeni klubu

Amit Quluzadənin yeni klubu
XƏBƏR 15 İyul 2017 / 14:43 6289
-  A +

Son olaraq Yunanıstanın AEL klubunda çıxış edən Amit Quluzadə karyerasını ölkəmizdə davam etdirəcək.

Bu barədə Qol.az-a 25 yaşlı yarımmüdafiəçi özü məlumat verib. O, yeni mövsümdən Topaz Premyer Liqada çıxış edəcək “Səbail”ə keçib. Bu gün komandanın Türkiyədəki təlim-məşq toplanışına qoşulacaq Quluzadə yaxın günlərdə paytaxt təmsilçisi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan futbolçu "Kayseri Ərciyəspor", "Rəvan", "Qəbələ", “Sumqayıt”  və "Atletiko" (Portuqaliya) kimi klublarda da çıxış edib.

Son xəbərlər
topaz banner