Honda Meksika klubunda

Honda Meksika klubunda
XƏBƏR 14 İyul 2017 / 13:58 2570
-  A +

Ötən mövsümün sonunda “Milan”dan ayrılan Keysuke Hondanın yeni klubu  bəlli olub.

Qol.az-ın xəbərinə görə, yaponiyalı yarımmüdafiəçi karyerasını Meksikanın “Paçuka” komandasında davam etdirəcək. Bu barədə futbolçu özünün şəxsi “Tvitter” səhifəsində məlumat verib.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2014-cü ildən “Milan”da çıxış edirdi. O, bu müddət ərzində 90 oyuna 11 qol vurub.

Son xəbərlər
topaz banner