"Real"ın futbolçusunun cəzası ləğv edildi

"Real"ın futbolçusunun cəzası ləğv edildi
XƏBƏR 17 May 2017 / 17:36 3377
-  A +

İspaniya Futbol Federasiyası “Real”ın futbolçusu Naçonun cəzasını ləğv edib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Apelyasiya Komitəsi Madrid klubunun şikayətinə baxdıqdan sonra bu qərarı verib.

Qeyd edək ki, “Real”ın müdafiəçisi La Liqanın son turunda “Sevilya” ilə oyunda (4:1) sarı vərəqə alaraq cəzalı duruma düşmüşdü. Nizam-intizam komitəsi epizodun təkrarına baxdıqdan sonra futbolçunun sarı vərəqəsini ləğv edib.

Artıq Naçonun adı La Liqanın 21-ci turundan təxirə salınmış “Selta” ilə oyunun iştirak ərizəsinə daxil edilib.

Son xəbərlər
topaz banner