“Keşlə”nin futbolçusu Con Kamara Qazaxıstan mətbuatına müsahibə verib.
Qol.az xəbər verir ki, 2017-2018 mövsümündə bu ölkənin “Kaysar” klubunda çıxış etmiş afrikalı yarımmüdafiəçi “sport.kz”nin suallarını cavablandırıb.
- Con, son mövsümü Azərbaycan çempionatında keçirdin. Təəssüratların necədir?
- Keçən mövsüm bir az çətin oldu. Ancaq mən qətiyyətli oldum, komandam da yaxşı formada idi. Buna görə çox yaxşı oyun keçirməyi bacardım və tədricən nəticəyə nail oldum.
- Bakıda yaşamaq yaxşıdır, yoxsa Qızılordada?
- Düzünü deyim ki, Bakı gözəl şəhərdir və burada həyatı daha maraqlı edən çox şeylər var.
- Azərbaycan futbolunun səviyyəsi barədə nə deyə bilərsən? Azərbaycan çempionatını Qazaxıstan Premyer Liqası ilə necə müqayisə edərdin?
- Hər iki liqa çox yaxşıdır, həm də rəqabət qabiliyyətlidir. Fərq ondadır ki, Qazaxıstanda daha çox komanda var və daha çox oyun olur, amma səviyyə eynidir.
- Azərbaycan mətbuatında oyunla bağlı yaxşı rəylər oxudum. Oradakı çıxışlarından razısan?
- Əlbəttə. Azərbaycan çempionatındakı çıxışımdan çox məmnunam. İştirak etdiyim hər oyunda daha da inkişaf etməyə çalışacağam.
- Ümumiyyətlə, Azərbaycan Qazaxıstandan çox fərqlidir?
- Azərbaycan fərqli ölkədir. İnsanlarla danışmaq, onları başa düşmək daha asandır. Qazaxıstanda əsas problemlərdən biri dil idi. Xüsusilə yaşadığım şəhərdə - Qızılordada.
- Azərbaycan çempionatı sona 8 tur qalmış dayandırıldı. Sizcə, turnir davam etdiriləcəkmi?
- Bəli, Azərbaycan çempionatı COVID-19 ilə əlaqədar sona 8 tur qalmış dayandırıldı. Çox istərdim ki, oyunumuzu davam etdirək, amma nə olacağını bilmirəm. Artıq may ayı olsa da, oyunlar başlamayıb, ona görə də bilmirəm.
- “Keşlə” indi 3-cü yerdədir. Bu, klub üçün yaxşı nəticədir?
- Əlbəttə. Klubda hər kəs üçün yaxşı bir mövqedir.
- İndi Azərbaycandasan? Orada karantin şərtləri necədir?
- Bəli, hazırda Bakıdayam. Karantin vəziyyəti əslində sadə deyil, amma bizə verilən bütün tövsiyələrə əməl etməliyik.
- Qazaxıstan çempionatını izləyirsiniz?
- Bəli, hər iki liqanı izləyirəm. Qazaxıstan Premyer Liqasında bir çox yeni qaydalar qəbul edildi. Düşünürəm ki, hər şey yaxşıdır.
- “Keşlə” ilə müqaviləniz iyunda başa çatır. Karyeranızı harada davam etdirəcəyinizi düşünürsünüz?
- Agentlərim bunun üzərində işləyirlər. Onların maraq göstərdikləri və mənə təklif etdikləri bir çox ölkə var - Türkiyə, Qazaxıstan və digər yerlər.
- Bir gün Qazaxıstana qayıtmaq istərdinizmi?
- Mən futbolçuyam, buna görə də vəziyyət məqbul olduğu müddətdə hər yerdə və istənilən vaxt oynamağa hazıram.
2-ci liqada 3 oyun
Mbappenin son durumu bəlli oldu
"Qarabağ"- "Sabah" matçından maraqlı anlar - Video
"Yuventus" onun müqaviləsini yenilədi
Klubda uğursuz debüt edən ikinci baş məşqçi oldu
Baş məşqçi yenidən Premyer Liqaya qayıtmağı hədəfləyir
AFFA: "Neftçi”nin qapısına penalti qərarı doğrudur!" - Video
Niderland və Əlcəzair milliləri hazırlıq oyunu keçirəcək
UEFA azarkeşlərə görə klubu cəzalandırdı
"Son qarşılaşmada özümüzü yaxşı tərəfdən göstərə bilmədik"
İki fərqli klubda çalışdı, komandası eyni rəqibə qalib gəldi
Hollivud ulduzu yenidən klub satın almağa hazırlaşır
"Əl-Hilal"ın hücumçusu Premyer Liqaya qayıda bilər
2-ci liqa: "Qaradağ Lökbatan" liderliyə yüksəldi
"Fənərbaxça" kolumbiyalı futbolçu üçün hərəkətə keçdi
"Bavariya" Keynlə danışıqlara başladı
Məşhur məşqçi dünyasını dəyişdi
"Fənərbaxça"da ciddi itki
AFFA "Neftçi"yə bəyanatla cavab verdi
Kosovo – Cəbəllütariq matçında azərbaycanlı UEFA nümayəndəsi
İsrail beynəlxalq yarışlardan kənarlaşdırılacaqmı?
"Arsenal" onun üçün 100 milyon avra ödəməyə hazırdır
Cessi Linqard Braziliya klubunda
"Qarabağ"ın "qızıl ehtiyatı"... - Musadan iradə nümayişi
Azərbaycanda “Basketbol hər yerdə!” layihəsinə start verildi
Argentina - İspaniya oyunu təhlükə altında
Messi Peleyə çatdı
"Roma - "Yuventus" matçındakı 6 qol - Video
Azərbaycan millisi reytinq turnirinin qalibi oldu
"Turan-Tovuz"un avrokubokda oynayacağına inanıram" - Hakman
Azərbaycan - Şimali Makedoniya oyununun hakimləri açıqlandı
"Borussiya"da Emre Can şoku
Azərbaycan çempionatlarında ilk dəfə