Ukrayna klublarının rəhbərlərini cinayətkarlıqda ittiham etdi

Ukrayna klublarının rəhbərlərini cinayətkarlıqda ittiham etdi
XƏBƏR 30 Mart 2020 / 13:50 1385
-  A +

"Yenidən seçilməyə can atmıram. Başa düşdüm ki, Ukraynanın futbol liqasını belə şəraitdə İsveçrə səviyyəsinə qaldırmaq olmaz".

Qol.az xəbər verir ki, bu sözləri Ukrayna Premyer Liqasının prezidenti Tomas Qrimm  "Blick" nəşrinə açıqlamasında deyib.

2018-ci ildən Premyer Liqaya rəhbərlik edən isveçrəli futbol funksioneri qarşıdakı seçkilərdə iştirak etməyəcəyini və bunun səbəblərini açıqlayıb. O, Ukraynada bəzi klub rəhbərlərinin qanunsuz işlərlə məşğul olduğunu bildirib:

“Ukrayna futbolunda liqanın prezidenti kimi işləməyi çətinləşdirən müxtəif amillər var. Klub prezidentərinin əməlləri bizdə - İsveçrədə ağlasığmaz hərəkətlər hesab olunur. Məsələn, “Vorskla" klubunun sahibi "İnterpol" tərəfindən axtarılır. "Desna"nın sahibinin rəsmi sənədlərdə adı yoxdur. Onu "Ukraynanın alkoqol kralı" adlandırırlar. "Karpatı" kubu iki il öncə avtomobillə bir qadını vuran və ölkədən qaçan şəxsə məxsusdur”.

Qeyd edək ki, "Vorskla"nın sahibi Ukraynanın keçmiş deputatı, milyarder Konstantin Jevaqodur. "Desna" klubu Aleksandr Çebotaryevə, "Karpatı" isə Pyotr Dıminskiyə məxsusdur. 

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi