"Yuventus"un sabiq prezidenti Covanni Kobolli koronavirus pandemiyasına görə İtaliyanı tərk edən futbolçuları tənqid edib.
Qol.az xəbər verir ki, o, "Radio Punto Nuovo"nun efirində daha çox "Yuventus"un oyunçuları haqda sərt fikirlər səsləndirib:
"İndiki vaxtda tənqid etmək asandır. Ancaq oyunçuların İtaliyadan niyə ayrıldığını başa düşmürəm. Ümid edirəm ki, ən qısa müddətdə geri qayıdacaqlar. Onlara çalışmağa davam etmək çətin olacaq, çünki yenə də 14 gün karantində qalmalı olacaqlar".
C.Kobolli bildirib ki, Ronaldo Turin klubundan ayrılandan sonra işlər daha da çətinləşib: "Anasının yanına getdiyini söylədi və indi hovuzun yanında günəşləndiyini göstərən şəkillər paylaşır. Ronaldo üçün güzəşt edildi. Daha sonra İquain də anasının yanına getdi. Başqaları da klubdan ayrıldı və vəziyyət pisləşdi. Hamısı “İnter”in futbolçuları kimi “Yuventus”da qalmalı idi. Klubda nizam-intizamı qoruyan Canni Aqnelli, Umberto Aqnelli və Bonipertin rəhbərlik etdikləri dönəmlər üçün darıxıram. Uzun saçlı oyunçuların saçlarını necə kəsdiklərini xatırlayıram”.
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Matçdan öncəki məşq zamanı qorxulu qəza - Video
“Barselona”nın müdafiəçisi sıradan çıxdı