“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 1-ci turunda “Sabah”la matçdan (1:1) sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyun haqda danışıb.
- Heç də yaxşı oynamadıq. Məncə, bunlar beyindən gələn şeydir. Avropa Liqasındakı məğlubiyyətdən sonra oyunçuları motivasiya etməyə, stimullaşdırmağa çalışdıq. Ancaq bu, alınmadı. Futbolçular öz səviyyələrində oyun göstərmədilər. Oyunboyu dəyişikliklər etsək də, istəyimizə nail ola bilmədik. Sabahdan etibarən bu görüşdən nəticə çıxaracağıq. Mövqelər üzrə çalışmalı və bu durumdan bir yerdə çıxmalıyıq.
- Oyun alınmadı, yoxsa komandadaxili psixoloji vəziyyət yaxşı deyil?
- Deməzdim ki, rəqib qapalı oynadı. Boş zonaları var idi ki, biz istifadə edə bilərdik. Sadəcə, istədiyimiz alınmadı. Düşünmürəm ki, komandada psixoloji problem var. “Bney Yehuda” ilə ilk oyundakı xarakteri bu gün görmədik. İlk oyun olduğundan, qələbə qazanmaq istəyirdik. Amma çempionatın əvvəlidir, toparlanmaq üçün kifayət qədər vaxtımız var.
- Azarkeşlərin istefa tələbinə münasibətiniz necədir?
- Komanda məğlub olsa, azarkeşlər istefaya səsləyə bilər. Amma onlar da azlıq təşkil edirdi. Səhv etmirəmsə, 30-cu dəqiqəyə yaxın, hesab 0:1 olarkən azarkeşlər istefa şüarını səsləndirirdilər. Məncə, onlar əsl “Neftçi” azarkeşləri deyildi. Hiss olunurdu ki, öyrədilmiş hərəkət idi.
- Builki “Neftçi” sizin görmək istədiyiniz komandadır, yoxsa çatışmazlıqlar var?
- Çempionatın hələ ilk oyunudur. Xal itirdiksə, deməli, çatışmazlıqlar var və onların üzərində işləməliyik. Ümumilikdə mövsümə yaxşı başladıq, Avropa Liqasında iki mərhələ adladıq. Amma III mərhələdə komandada eniş yarandı. Həmin enişin də bugünkü oyuna təsiri oldu. Çalışacağıq bu enişdən qısa müddətdə qurtulaq. Nəticədən razı qalmadım.
- Mətbuat konfransına bu qədər yubanmağınızın səbəbi nə idi?
- Qapı bağlı idi, çıxa bilmirdim (gülür). Sizi gözlətdirmişəmsə, bağışlayın. Futbolçularla söhbət edirdik.
- Komandanı belə vəziyyətdən çıxarmaq üçün nə etməlisiniz?
- İlk növbədə oyunumuzu təhlil etməli, çatışmayan cəhətlərə baxmalıyıq. Bundan əlavə, komandada emosional reaksiya yox idi. Həftəboyu komanda ilə həm fiziki, həm də psixoloji cəhətdən işləmək lazımdır.
- İsraildəki oyuna qədər emosional durum çox yaxşı idi. Bu sönüklüyün yaranmasının əsas səbəbi nədir?
- Mən də futbol oynamışam, illərdir bu işlə məşğulam. Futbol oynayanda bəzən işlər istədiyin kimi getməyəndə və üzərində böyük təzyiq olanda, istədiyini etmək alınmır. Məncə, bizdə analoji problem yaranıb. Avroliqa matçında da rəqibin ilk qoluna vaxtında reaksiya göstərə bilmədik. Futbolçularda konsentrasiya çatışmazlığı var. Bunu da aradan qaldırmalıyıq.
- Bu, futbol səbəbidir. Başqa səbəb yoxdur?
- Mən və bütün futbolçular qələbə üçün çalışırıq. İnanmıram ki, kənar amillərin təsiri olsun.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video
Niderland kubokunun qalibi müəyyənləşdi
Premyer Liqada son 10 mövsümün azarkeş rekordu
Beş güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı
"Turan Tovuz"da iki yubiley