"Milli komandaya dəvət alırıqsa, oynamağa hazırıq. İlk hissənin sonlarında mənə dedilər ki, meydana çıxmağa hazırlaş. Mən də isinmə hərəkətləri etməyə başladım və fasilədən dərhal sonra qapıda yerimi tutdum. Rəqib məni çox narahat etmədi. Qələbə qazanmışıqsa, əlbəttə, baş məşqçimiz razı qalıb".
Qol.az-ın məlumatına görə, bu sözləri millimizin qapıçısı Səlahət Ağayev UEFA Millətlər Liqasının 5-ci turunda evdə Farer adalarını 2:0 hesabıyla məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında bildirib. Səlahət fasilədə əvəzlədiyi əsas qapıçı Kamran Ağayevin son durumundan məlumatsız olduğunu söyləyib:
"Kamranın zədəsinin nə dərəcədə ciddi olduğunu bilmirəm. Ancaq ayağında ağrıları vardı. Milliyə dəvət alırıqsa, mən də, Emil Balayev də hər an oynamağa hazır olmalıyıq".
Qolkiper Kosovonun səfərdə Maltaya 5:0 hesabıyla qalib gəlməsinə də toxunub: "Əsas öz oyunumuzu fikirləşirik. Bildiyiniz kimi, Kosovoyla səfərdə çətin matçımız qalıb. Öz oyunumuza köklənib yaxşı nəticə qazana bilərik. Əlimizdən gələni edərək qələbəyə nail ola bilərik. Başqa yolumuz yoxdur".
"Neftçi"nin 28 yaşlı qapıçısı noyabrın 20-də Priştinadakı həlledici matçda Kamran Ağayevi əvəzləməyə hazır olduğunu bildirib: "Allah eləsin ki, Kamranın vəziyyəti yaxşı olsun. Futbolçudur, heç kim istəməz ki, zədə alsın. Mənə ehtiyac olarsa, ilk dəqiqələrdən oynamağa hazıram".
Qeyd edək ki, millimiz qrupdakı son oyununu noyabrın 20-də Priştinada Kosovoya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Qurban Qurbanovun komandası yalnız rəqibini məğlub edəcəyi halda adını pley-offa yazdıracaq.
“Bir neçə məşqçi ilə danışıqlar gedir” - AFFA-dan açıqlama
"Füzuli" Göygöldə 3 xalı belə qazandı - Video
Kosta 100-dən çox insanı xilas etdi
"Şahdağ Qusar"ın 4 qolu - Video
İkiqat Avropa çempionu müharibədə həlak oldu
Tiaqo Silvanın yeni klubu rəsmiləşdi
"Şahdağ Qusar"dan darmadağın, "Füzuli" qalib gəldi
Şehiç milli karyerasını başa vurdu
Acun "Hall Siti"nin baş məşqçisini istefaya göndərdi
Poqba komediya filminə çəkildi
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
İngiltərə klubunun şikayəti rədd edildi
"Atletiko" Poçettino ilə danışıq aparır
"Real" - “Bavariya” oyununa hakim təyinatları açıqlandı
Luis Enrikedən iddialı açıqlama
U-17 millisi Türkiyəyə böyük hesabla uduzdu
"İnter"dən Lautaro Martinesin gələcəyi ilə bağlı açıqlama
"Səbail"in legioneri səhvi hakimdə yox, özlərində görür
"Bavariya" yeni mövsüm formasını təqdim etdi - Şəkil
PSJ Donnaruma ilə bağlı qərar verdi
Musa "Yurqorden"in U-21 komandasında növbəti qolunu vurdu