Konfrans Liqasında ilk finalçı bilindi

Konfrans Liqasında ilk finalçı bilindi
XƏBƏR 8 May 2024 / 22:41 10016
-  A +

Bu gün Konfrans Liqasında ilk finalçının adına aydınlıq gəlib.

QOL.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında "Brügge" "Fiorentina"nı qəbul edib.Türkiyəli FİFA referisi Halil Umut Meler idarə etdiyi görüş 1:1 hesabı ilə başa çatıb. Beləliklə, ilk oyunda da 3:2 hesablı qələbə qazanan "Fiorentina" finala yüksəlib

"Fiorentina"  finalda "Olimpiakos" - "Aston Villa" cütünün güclüsü ilə üz-üzə gələcək. 

Konfrans Liqası, yarımfinal mərhələsinin cavab oyunları

8 may

20:45. "Brügge" (Belçika) - "Fiorentina" (İtaliya) - 1:1
Qollar
: Kuyper, 20 (1:0), Beltran, 85-pen. (1:1)
Baş hakim: Halil Umut Meler
İlk oyun - 2:3
"Yan Breydel Stadionu"

9 may

23:00. "Olimpiakos" (Yunanıstan) - "Aston Villa" (İngiltərə)
İlk oyun: 4:2.


Son xəbərlər