"Zirə" braziliyalı qapıçı alır

"Zirə" braziliyalı qapıçı alır
ÖLKƏ FUTBOLU 28 Avqust 2020 / 10:18 2948
-  A +

“Zirə” braziliyalı qapıçı Mateus Albinonu transfer etməyə yaxındır.

Qol.az xəbər verir ki, bu barədə Braziliyanın portalcambe.com.br saytı  məlumat yayıb.

C seriyasında mübarizə aparan “Londrina”nın qolkiperinin  tezliklə Bakıya yollanaraq “Zirə” ilə müqavilə imzalayacağı bildirilib.  25 yaşlı qapıçının artıq gedişi ilə bağlı klubu ilə razılığa gəldiyi qeyd olunub.

Futbolçu özü isə bu barədə deyib: “Londrina” həyatımda böyük fürsət idi. Oyunumu göstərməyə imkan verən klubdur. Ancaq xaricdən gələn təklif mənim və ailəm üçün çox vacib idi. Həmişə Avropada oynamaq arzusunda olmuşam və o an gəldi".

Qeyd edək ki, 2018-ci ildən “Londrina”da çıxış edən Mateus Albino ümumilikdı 40 oyuna çıxıb və 11 görüşdə qapısını toxunulmaz saxlayıb.

Daha çox


Son xəbərlər
21.09.24  20:47

Tovuzda 3 qol - Video

21.09.24  15:37

20 ildə ilk dəfə