De Byazinin daha bir köməkçisi müəyyənləşdi

De Byazinin daha bir köməkçisi müəyyənləşdi
XƏBƏR 1 Avqust 2020 / 12:45 3720
-  A +

Azərbaycan millisinin yeni baş məşqçisi Canni de Byazinin daha bir köməkçisinin adı məlum olub.

Qol.az "TUTTOmercatoWEB"ə istinadən xəbər verir ki, Kladio Belucci və Benio Karboni ilə yanaşı Federiko Turisiani də 64 yaşlı mütəxəssisin köməkçisi olacaq. Federiko Turisiani matçların analiz edilməsi ilə məşğul olacaq.

Qeyd edək ki, AFFA 2 gün əvvəl Canni De Byazi ilə  müqavilə bağlayıb.

Son xəbərlər