Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərar verib.
Qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq edilir:
1.1. Aşağıda qeyd edilənlər istisna olmaqla, bütün iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandırılsın:
1.1.1. siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;
1.1.2. xəstəxanalar və təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;
1.1.3. sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;
1.1.4. kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);
1.1.5. elektrik enerjisinin istehsalı və təchizatı;
1.1.6. meliorasiya və su təsərrüfatı;
1.1.7. rabitə xidmətləri;
1.1.8. teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;
1.1.9. dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;
1.1.10. boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;
1.1.11. fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);
1.1.12. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
1.1.13. fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətləri.
1.2. Bu Qərarda nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilsin və onların həmin yerləri tərk etməsinə aşağıdakı müstəsna hallarda icazə verilsin:
1.2.1. həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım xidməti vasitəsilə);
1.2.2. yaxın qohumların dəfnində iştirakla əlaqədar.
1.3. Xüsusi təyinatlı, qəza-bərpa, təcılı tibbi yardım və fəaliyyətinə icazə verilmiş orqanlara (qurumlara) və təşkilatlara məxsus xidməti avtomobillər istisna olmaqla, bütün digər avtomobillərin və ictimai nəqliyyatın hərəkəti qadağan edilsin.
2. Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndlərində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyətin həyata keçırılməsi üçün yalnız zəruri və məhdud sayda işçilərin işə cəlb edilməsi təmin edilsin.
3. Bu Qərarın 1.2.2-ci yarımbəndində göstərilən əsasla yaşayış yerini və ya olduğu yeri tərk etmək üçün hər bir şəxs Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.
4. Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.
5. Bu Qərarın 1.2.1-ci və 1.2.2-ci yarımbəndlərinin tələblərinə riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.
6. Bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər qanunla nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Keyndən yeni rekord
"Real" onu göndərir
Alonso "Çelsi" ilə razılaşıb?
Şamaxıda vurulan 5 qol - Video
"Bavariya" çempionluğunu 5 qolla qeyd etdi
"Mövsüm bitdikdən sonra..." - Jorj Kaşkilya
İngiltərə Kubokunun qalibi "Mançester Siti" oldu
“Qarabağ” Avroliqaya vəsiqəni təmin edib
"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
"Hakim qərarlarından qaynaqlanırdı" - Kurban Berdiyev
"Şamaxı"ya uğurlar arzulayıram" - Ayxan Abbasov
99 mükafat: 34 mövsüm, 21 komanda
"Şamaxı" "Turan Tovuz"a, "Qarabağ" "İmişli"yə qalib gəldi
Derbi matçına itki ilə çıxacaqlar
Dünya çempionatına gedəcəyi üçün ağladı - Video
"Arsenal" onu hədəfə aldı
"Barselona"nın futbolçusu çempionat matçını buraxacaq
1-ci liqada 5 oyunun saatı məlum oldu
Şamaxıda heyətlər açıqlandı
"Qarabağ" - "İmişli": Heyətlər
Levandovski "Barselona"dan gedəcəyini açıqladı
DÇ-2026-ya bu heyətlə gedəcəklər
“Araz-Naxçıvan”la hələ bir illik müaviləm var” - Video
Florentino Peresə qarşı intizam tədbiri tələb etdilər
Danimarka kubokunu qazandılar
10 ildən sonra "Roma"dan ayrılır
Malinovski Türkiyə klubuna keçir
Piolinin müqaviləsinə istefasından 7 ay sonra xitam verildi
Mahir Emreli ilə yollar ayrılır - Məşqçi qərarını verib
"Liverpul" tarixinin antirekordu
“Söz veriblər ki, gələn il stadion tam hazır olacaq” - Video
DÇ-2026-da favoritlər kimdir? - Deşamın rəyi
“Əl-Nəsr”dən ayrılır
“Liverpul” “Aston Villa”ya uduzdu
“Beşiktaş” mövsümü heç-heçə ilə başa vurdu
“Araz-Naxçıvan”ın qələbəsi - Video
Andrey Demçenko: "Məşqlərimizin bəhrəsini gördük"
Kot-d'İvuar millisinin DÇ-2026 heyəti
“Şamaxı” - “Turan Tovuz” oyununda hakim dəyişikliyi
"Araz-Naxçıvan" və "Qəbələ” qalib gəldi