AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə koronavirus pandemiyası üzündən yarımçıq dayandırılan yarışlardan ikisində çempion elan olunan “Qəbələ” U-16 və U-15 liqalarında hegemonluğunu davam etdirib.
Qol.az klubun sayatına istinadən xəbər verir ki, ardıcıl 5-ci dəfə U-16 Liqanın qızıl medallarına “qırmızı-qaralar” yiyələnib. Komanda 2015/16 mövsümündən başlayaraq hər dəfə 1-ci yeri tutur. Son illərin dəyişməz çempionu olan “Qəbələ” 2011/12 mövsümündən keçirilən U-16 Liqada daim ilk iki yerdən birində qərarlaşıb. “Qırmızı-qaralar”ın aktivində 9 mövsümdən yeddisində (2012/13, 2013/14, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20) qızıl, ikisində (2011/12, 2014/15) gümüş medaldır.
U-15 Liqasında da təmsilçilər mükafatçılar sırasına düşmək seriyasına malikdir. 2008/09 mövsümündən keçirilən yarışın ilk dörd yarışında uğur qazanmayan “Qəbələ” son 8 turnirdə mükafatsız qalmayıb. 2012/13, 2013/14, 2015/16 və 2016/17 mövsümlərinin çempionu olan “qırmızı-qaralar” 2019/20 mövsümündə qızıl medalların sayını 5-ə çatdırıb. 2014/15, 2017/18 və 2018/19 mövsümlərində isə yalnız çempiondan geri qalan futbolçular ikinci yerə sahib çıxıb.
Bir sözlə, U-16 və U-15 liqalarında keçirilən 21 turnirdə “Qəbələ”nin komandaları 12 qızıl, 5 gümüş mükafata yiyələnib və yalnız 4 dəfə “üçlük”dən kənar qalıb.
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı
Tomas Tuhel İngiltərə millisinin heyətini açıqladı
Azərbaycan kubokunun püşkü atıldı
"Sabah"ın futbolçusu 2 ildən sonra Polşa millisinə çağırıldı
Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə millisində karyerasını başa vurdu
"Liverpul"un gənc hücumçusu "Arsenal"a keçdi
Milliyə 30 futbolçu çağırıldı - Onlar kimlərdir?
Libertadores kubokunda yarımfinal cütləri müəyyənləşdi
Klopp millini necə dəyişir? – 44 futbolçu, 16 debütant
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
Azərbaycanda oynayan futbolçu millimizlə matça çağırıldı
Əfsanəvi futbolçu məşqçiliyə başlayır - Şəkillər
Avropa çempionatında 2 qələbə
Vinçentso İtaliano: "İlhan belə davam etsə..."
Lamin Yamal: “Qara” deyilməsi məni incitmir”