"Barselona" və Messi zəng edəndə "yox" demək çətindir"

"Barselona" və Messi zəng edəndə "yox" demək çətindir"
DÜNYA FUTBOLU 23 May 2020 / 21:09 5785
-  A +

"Yuventus"un futbolçusu Qonzalo İquain "İnter"in hücumçusu Lautaro Martinesin "Barselona"ya mümkün transferini şərh edib.

Qol.az "Football İtalia"ya istinadən xəbər verir ki, argentinalı oyunçu bu transfer gerçəkləşəcəyi təqdirdə, təəccüblənməyəcəyini deyib:  "Heç bir ziddiyyət yaratmaq istəmirəm. Amma "Barselona" və Messi zəng edəndə "yox" demək çətindir. Hazırda onun yerinə olmaq istəməzdim".

Qeyd edək ki, Martinesin Kataloniya klubuna keçməyə razılıq verdiyi iddia olunur.


Son xəbərlər
17.05.26  17:46

Rekordunu təkrarladı

16.05.26  22:40

Keyndən yeni rekord

16.05.26  22:16

"Real" onu göndərir

topaz banner