"Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 20-ci turunda "Sabah"a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, o, əvvəlcə görüş barədə fikirlərini bildirib.
- Hesab oyunun asan olduğunu bildirməsin. Çətin matç idi. Əsas da ilk hissədə ağır oldu. Bu cür futbolu gözləyirdik. Uşaqlar tapşırıqları maksimum yetinə yetirməyə çalışdılar. Güclü, keyfiyyətli komandaya qarşı oynadıq. Futbolçular maksimum yaxşı oynadılar. Keçən matç da pis çıxış etməmişdik. Sırf qolları vura bilmədik deyə xal itirdik. Belə olanda rəqib toparlanır və bir səhvdən top buraxa bilirsən. Bu gün azarkeşlərimizi sevindirmək istəyirdik. Uşaqlara belə oyuna görə təşəkkür edirəm. Çox ciddi hazırlaşmışdıq, həftəboyu bunu görürdüm. Həmişə ciddi hazırlaşırıq. Ancaq qol olmayanda təzyiq artır. Ötən oyun bunun ağrısını yaşadıq.
- “Neftçi”nin nəticələri gözlə görüləcək dərəcədə yaxşılaşıb. Komandadaxili bütün narazılıq və narahatlıqlar həll olunubmu?
- Baş məşqçi kimi futbolçuların inamını, onların performansını çox bəyənirəm. Günü-gündən yaxşılaşırıq. Komanda daxilində heç bir problem yoxdur. Bəzən gərginlik olur. Ancaq bu, ab-havanın pis olması demək deyil. Gərginlik, atmosferin pis olması deyə bir şey yoxdur. Bütün futbolçular məşqçilərin tapşırıqlarını sevərək yerinə yetirirlər.
- Aqil Məmmədovun durumu necədir?
- Onun yanında idim. Durumu stabildir. Həkimlər dedilər ki, həyəcandan sıxıntı olub. Hər şey normaldır. Aqil evlərinə yollandı. Həkim müayinəsindən sonra hər şeyi dəqiqliyi ilə biləcəyik. Çox şükür, qorxulu bir şey yoxdur.
- 4 qol vurdunuz, amma tribunalarda susqunluq var idi...
- Azarkeşlər bizi sonadək dəstəklədilər. Onlara təşəkkür edirəm. “Forza “Neftçi” 90 dəqiqə bizi dəstəklədi.
- Hər dəfə qələbələrdən sonra kapitan komandanı azarkeşlərin yanına aparırdı.
- Bu haqda çox danışmışıq. Kapitan özü olmasa da, komandanı ora yolladı. Biz azarkeşlərimizə təşəkkür etdik.
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev: Azarkeşlər arasında heç bir problemimiz yoxdur. Emin şəxsən “Forza Neftçi”ilə görüşüb, onlar məşqə gəlmişdilər. Onun getməməsi ilə bağlı azarkeşlərə deyilib. “Forza Neftçi” deyib ki, siz qalib gəlin, yanımıza gəlməsəniz də, olar. Eminlə azarkeş arasında şəxsi məsələ idi və qaydasına qoyulub.
- Ötən tur sizdən əvvəl “Qarabağ” xal itirmişdi və bunu bilərək meydana çıxmışdınız. Onların nəticələri sizə nə dərəcədə təsir edir?
- Heç bir şablon cavab verməyəcəm. “Qarabağ”ın nəticələrinə fikir vermirik. Keçən turdakı oyuna baxandan sonra uşaqlara deməyə söz tapmırdım. Səhvlər var idi, amma sonlara doğru idi. Ani diqqəsizlik olmuşdu. Komandanın “boşalması” ilə əlaqəsi yox idi. Qol futbolda ən vacib şeydir, rəqibi plandan çıxarır. Sevinirəm ki, qol epizodları yaradırıq, amma sonluğu da qoymaq lazımdır. Oyun olduğu zaman nəticə də olacaq. Hazırda çalışdığım komandanın həm hücumda, həm müdafiədə düzgün oynamasıdır. İrəli xətdə keyfiyyətli futbolçularımız var. Amma topu vura bilməyəndə belə hallar yaşanır.
- Keçən turdan sonra qapı xəttində dəyişiklik etməyi düşünürdünüz?
- 92-ci dəqiqədə qapıçının səhvi var idi. Onu analiz etdik. Aqillə danışmışdıq. O, bu oyuna çox yaxşı hazırlaşmışdı. U-21 millisinin qapıçısı da bizdədir. Bütün qapıçılarımız keyfiyyətlidir. Bir səhvə görə futbolçunu silə bilmərik. Bu gün də göstərdik ki, futbolçularımızın arxasındayıq.
- Aqil Məmmədov milliyə namizədlər siyahısındadır. Bunu milliyə futbolçu qazandırmaq mənasında fəaliyyətiniz olduğunu düşünürsüzmü?
- Milliyə oyunçu verdikdə çox sevinirik. Namiq Ələsgərov da əsas heyət üzvünə çevrilib. İmkan olduğu qədər bunu etməyə çalışırıq. Milli bizimdir, yığmaya xeyrimizin dəyməsini istəyirik. Aqilə görə də sevinirik.
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"