AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Qol.az-a müsahibəsində yığmamıza məşqçi seçimi və U-23 komandasının yaradılması ideyasından danışıb.
- Hazırda AFFA millimizə məşqçi seçimi aparır. Futbol ictimaiyyətində yerli və ya əcnəbi məşqçi olması ilə bağlı müzakirələr gedir. Siz bu haqda nə düşünürsünüz?
- Millimiz indi elə bir vəziyyətdədir ki, yerli və ya əcnəbi məşqçi olsun deyə düşünməməliyik. Yəni bunun fərqi yoxdur. Bir çoxu fikirləşir ki, əcnəbinin gəlməsi nəyisə düzəldə bilər, bəzisi fikirləşir ki, yerli məşqçi daha yaxşıdır, xariciyə vaxt lazım olacaq. Fikirlər dağınıqdır. Bu gün demək olmaz ki, hansı daha xeyirli olar. Mənim fikrimcə, məşqçinin komandada rolu 10 faiz olur. Tutaq ki, “Barselona”nın məşqçisi yaxşı olsa, komanda mövsümün sonunda birinci, yaxşı olmasa, 3-cü olacaq. Yəni komandanın ənənələri var. Azərbaycan millisi üçün də kimsə gəlib, fövqəlada nəsə etmək gücündə deyil. Sadəcə, istiqamət seçmək vacibdir. Yəni komandanın hansı yolla getməsi müəyyənləşdirilməlidir. Strategiya olmalıdır. Gəlin etiraf edək ki, bu gün millinin futbolçularının çoxunun yaşı 30-dan yuxarıdır. İndi risk etmək lazımdır. Cəsarətli addım atılmalıdır. Demirəm, tam gəncləşdirilməlidir. Təbii ki, yığmada ən yaxşılar oynamalıdır.
Elə bir insan lazımdır ki, millinin yolunu tamam dəyişsin. Bunun üçün yerli və ya əcnəbinin fərqi yoxdur. Biz təxminən 28 ildir ki, istiqamətimizi tuta bilməmişik. Bu səhvləri hamımız bilirik. Dəhşət də orasıdır ki, bunu aradan qaldıra bilmirik. Yeni məşqçi elə biri olmalıdır ki, heç nədən çəkinmədən hansısa bir dəyişikliyə getsin. Biz uğura getmək üçün yolu seçə bilmirik. Sanki asan yolu qoyub, dolanbac yolla gedirik. Qabağı da görmürük.
- AFFA riskə gedən, istiqamət dəyişdirən məşqçiyə vaxt verəcəkmi?
- Hamı vaxt istəyir. Ancaq o vaxtı səmərəli istifadə etmək lazımdır. Sənin strategiyan düzgündürsə və bu, səni uğura apara bilərsə, onda vaxt verilə bilər. Yox əgər deyirsə, mənə 1 il vaxt ver futbolçuları tanıyım, onda heç. Mən futbolçuları tanımaq üçün vaxt istəyən məşqçiyə məqşçi kimi baxmıram. Çünki futbolçunun bir dəfə topa toxunuşu məqşçidə artıq bir fikir yaratmalıdır. Bu, sadəcə, vaxt udmaq üçün bəhanələrdir. Bizim 28 ildə etdiklərimizin heç biri nəticə verməyib. Yəni gördüyümüz məşqçilərlə nəyisə edə bilməmişik.
Bu gün yüksək səviyyəli futbolçularımız yoxdursa, deməli, istiqaməti dəyişib, meydanın hər qarışı uğrunda mübarizə aparan, əzmkar və digər keyfiyyəti olan bir komanda yaratmaq olar. Təsəvvür edin ki, mənim maşınım saatda 120 ilə gedir, ancaq müasir futbolda 240 sürəti lazımdır. Bu maşını kimə versən, 120-dən o yana sürə bilməyəcək. Deməli, sürücünü yox, maşını dəyişmək lazımdır. Dediyim odur ki, yeni baş məqşçi gəlməklə hər şey gözəl olmayacaq. İstər yerli olsun, istərsə də xarici, komandaya maksimum 10 faiz təsir edəcək. Məsələn, yaxşı məşqçi olsa, seçmə mərhələdə 5 yox, 7-8 xal toplayacağıq. Pis olsa da, əksinə.
- Çoxları düşünür ki, məsələn, Joze Mourinyonu da gətirsən, millidə böyük dəyişiklik edə bilməyəcək. Ona görə də yerli məşqçiyə etimad göstərmək daha yaxşıdır. Siz necə fikirləşirsiniz?
- Bununla da yaşamaq olmaz. Heç nəyin xeyiri yoxdursa, gərək onda futbolu ləğv edək. Bu gün milli mənsubiyyət oyunun taleyini həll etmir. Futbolun taleyini həll edən peşəkar məşqçilərdir.
- Məşqçilər Komitəsi yığmamıza məqşçi seçimində necə iştirak edir?
- Mən sizə səmimi deyim ki, bizə təqdim olunan namizədlərin müsbət və mənfi tərəflərini deyirik. Biz sadəcə, o məqşçiləri araşdırırıq ki, filan uğurları var, son dəfə filan yerdə işləyib. Biz məşqçi seçimində ancaq bu cür iştirak edirik. Yenə də qərarı İcraiyyə Komitəsi verir.
- Yəni AFFA-nın siyahısında olan 32 namizəddən heç birini Məşqçilər Komitəsi təklif etməyib?
- Xeyr. Biz ancaq verilən siyahıya baxırıq. Sadəcə, müzakirə aparmışıq.
- AFFA-nın namizədləri arasında sizin və ya Məşqçilər Komitəsinin digər üzvlərindən kiminsə adı var?
- Sizə konkret deyəcəyəm. Bu gün çoxları 32 namizəd arasında olan məşqçilərin adlarını yazır. Bəziləri yerli məşqçilərin adını çəkir. Ancaq mən sizə deyim ki, həmin 32 namizədin hamısı əcnəbidir. Orada yerli məqşçi yoxdur. Ola bilər ki, sabah bizə başqa bir təqdimat gəldi ki, xarici yox, yerli məşqçiləri seçirik.
- Məşqçilər Komitəsi olaraq yerli məşqçinin də namizədlər arasında olmasını təklif etmisiniz?
- Əlbəttə. Biz də deyirik ki, namizədlər arasında yerlilər də olmalıdır. Ancaq seçilən yol budur. Biz sırf əldə olan siyahıdakılara qiymət veririk. Yenə də seçim İcraiyyə Komitəsinindir.
- Millimizin sabiq kapitanı Rəşad Sadıqov və bir sıra futbol adamları yığmaya namizədlər arasında sizin də adınızı çəkib.
- Sağ olsunlar, ancaq olmayan bir şey haqqında danışmaq düzgün deyil.
- Məşqçilər Komitəsinin U-23 yığmasının yaradılması ideyası birmənalı qarşılanmadı. Bu komandanın yaradılması proseduru necə olacaq?
- Bu ideyanı bəyənməyənlər nə dediyimizi başa düşmürlər. Ona görə bu vəziyyət yaranıb. Biz neçə ildir deyirik ki, dünya təcrübəsində U-17, U-19, U-21 və əsas milli arasında futbolçular itirilir. U-21-dən əsas milliyə qədər isə daha çox yaş fərqi olur və daha çox futbolçu itir. Biz də deyirik ki, U-16, U-18, U-20 də olsun, U-23 də. Dünya təcrübəsində hər yaş qrupundan digərinə keçənə qədər 30-40 faiz itki olur. Azərbaycanda isə bu, 50-60 faizdir.
Bu gün cəmiyyətdə belə bir fikir var ki, U-23 ikinci bir milli komanda yaratmaq deməkdir. Sual verilir ki, biz bir milli komandanı yığa bilmiriksə, çox gülməlidir, ikinci milli komandanı necə yaradacağıq? Çoxları da deyir ki, futbolçu 23 yaşadək milliyə layiq olmadısa, sonra da olmayacaq. Bu da yanlış fikirdir. Ayrıca U-23 komandası qurmaq lazım deyil. Sentyabr ayında U-21 millimiz seçmə mərhələni başa vuracaq. Təklif edirik ki, bu komandaya daha iki il şans verək. Çünki U-21-dən indiyədək maksimum 1-2 nəfər əsas yığmamıza düşür. Yığmada əsasən 24-25 yaşdan yuxarı futbolçular oynayır. U-21 daha iki il bir yerdə qalsa, yığmaya 5-6 futbolçu düşə bilər. Onlara cəmi 2-3 beynəlxalq oyun bəs edər. Əsas yığmanın məşqçisi köməkçi bir komandasının olduğu görə bilər. Bu, ikinci milli komanda deyil. Sadəcə, U-21-in futbolçuları daha iki il komandada qala bilərlər.
- U-23 ayrıca təlim-məşq toplanışı, oyunlar keçirəcək?
- İldə iki dəfə beynəlxalq oyuna çıxsalar, bəsdir. UEFA-nın beynəlxalq yoldaşlıq oyunları üçün təqvimi var. Milli komanda yığılanda U-23 də toplanış keçə bilər. Görün, dünyada nə qədər U-23 var. Avropalılar dəli deyil ki, çempionatda U-21 yox, U-23 komandaları oynayır. Asiyada da nə qədər U-23 komandası var. Çoxu deyir ki, Azərbaycana belə komanda lazım deyil. Ancaq biz deyirik ki, yeni komanda yaratmırıq, sadəcə, U-21 davam edir. Bu ideyanı qınayanların da günahı yoxdur. Çünki indiyədək məsələ açılmamışdı. İzah verən olmamışdı.
Ramiq AĞAMƏMMƏDOV
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi
"Benfika"ya qarşı çəkinmədən oynayacağıq" - Qurban Qurbanov
"Şəmkir" 3 xalı 3 qolla qazandı - Video
Dünya çempionu 31 yaşında karyerasını bitirdi
"Şəmkir" 2-ci oyunda da qalib gəldi
"Panatinaikos" Ruy Vitoriyanı istefaya göndərdi
"Benfika"ya qol vuracağımı hiss edirəm" - Leandro Andrade
“Mən sağ və salamatam”
"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi istefaya göndərildi
1-ci liqada 3-cü turun oyunlarının saatı müəyyənləşdi
Misli Premyer Liqasında 6 oyunun hakimləri açıqlandı
“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan danışdı
FİFA-dan yeni qərar
"Qarabağ"la oyunu buraxa bilərlər
"İmişli"nin icraçı direktoru: "Texniki məğlubiyyət alsaq, apellyasiya şikayəti verəcəyik"
"Baş məşqçilik edə biləcəyim yeganə klub "Real"dır"
Levandovski 150-yə çatdı
AFFA rəsmisi UEFA Gənclər Liqasının oyununda
"Kəpəz" 1000-ci oyununa çıxdı
Amorim: "Dəyişmək fikrində deyiləm"
40 yaşında qol vurdu, 64 illik rekordu yenilədi
"Şamaxı" üçün əlamətdar oyun
Salahdan "Liverpul" tarixinin rekordu
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
Ronaldo Səudiyyə Ərəbistanında "Qızıl buts"a layiq görüldü
"Liverpul"un son dəqiqə qolu ilə qələbəsindən - Video
DÇ: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır
“Qarabağ” Lissabondadır - Şəkillər
“Fənərbaxça” “Trabzonspor”u tək qolla üstələdi - Video
Mançester derbisində 3 cavabsız qol - Video
Sərbəst güləşçilərimizdən üç medal - DÇ
Türkiyə millisi Avropa ikincisi oldu
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas
“Neftçi” yenə xal itirdi, “Şamaxı”dan qələbə
"Şamaxı"dan 3 qollu qələbə - Video
"Milyonluq futbolçular da səhv edir" - Azər Həşimov
Qvardiola: “Ən yaxşı məşqçi ser Aleks Ferqyusondur”
"Neftçi" - "Sabah": Heyətlər