"Bizi "Qarabağ"la çətin oyun gözləyir" - Ayxan Abbasov

"Bizi "Qarabağ"la çətin oyun gözləyir" - Ayxan Abbasov
XƏBƏR 16 Noyabr 2019 / 19:13 2375
-  A +

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Keşlə" ilə qolsuz bərabərə qaldıqları yoxlama oyununu şərh edib.

Qol.az-ın klubun mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, o, matçla bağlı bunları deyib:

"Çempionatda yaranmış fasilədən istifadə edib, yoxlama oyunu keçirdik. Liqada az şans verdiyimiz futbolçuları da iş başında görmək istəyirdik. Gələn həftə də bizi "Qarabağ"la çətin oyun gözləyir. Həftə ərzində yaxşı məşq edərək, qarşılaşmaya tam hazır olmağs çalışacağıq".


Son xəbərlər