"Neftçi" ilə oyunda çox dəyişiklik etməyi düşünmürəm" - Qurban Qurbanov

 "Neftçi" ilə oyunda çox dəyişiklik etməyi düşünmürəm" - <b style="color:red">Qurban Qurbanov</b>
PREMYER LİQA 28 Oktyabr 2019 / 21:23 3900
-  A +

“Futbolçuları təbrik edirəm. Sonda vacib 3 xal qazandıq. Bəzi oyunçular 90 dəqiqə meydanda olmamışdılar və formalarından uzaq idilər. Amma hər biri intizamlı oynamağa çalışdı. Rəqib bu gün ən yaxşı oyunlarından birini göstərdi. Bu cür davam etsələr, yaxşı nəticələr qazana bilərlər".
 
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turunda "Səbail"i 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
 
O, növbəti turda qarşılaşacaqları "Neftçi" ilə matç barədə də danışıb: "Rəqibimiz ciddi və istəklidir. Oyunlarımız maraqlı alınır. Oyunçulardan intizamlı olmalarını tələb edəcəyəm. Onlar da bu matçı gözləyirlər. Çalışacağıq ki, azarkeşlər üçün maraqlı görüş olsun və futboldan həzz alsınlar. Ondan sonra Kipr APOEL-i ilə qarşılaşmanın olmasına baxmayaraq, "Neftçi" ilə matçda çox dəyişiklik etməyi düşünmürəm. Bir və ya iki dəyişiklik edə bilərik".
 

Daha çox


Son xəbərlər
20.11.19  21:30

Ronaldo evləndi

20.11.19  17:47

Ramil, Emil, Bəhlul

null