“Çelsi”nin futbolçusu rəsmən “Roma”da

“Çelsi”nin futbolçusu rəsmən “Roma”da
DÜNYA FUTBOLU 22 Avqust 2019 / 01:45 2299
-  A +

“Çelsi”nin futbolçusu Davide Zappakostanın “Roma”ya keçidi rəsmiləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, “canavarlar” 27 yaşlı italiyalı müdafiəçini 6 aylıq icarəyə götürüblər.

Gələn ilin yanvar ayında “Roma” müqavilənin müddətini uzatmaq şansına da malikdir. Davide yeni komandasında 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, İtaliya yığmasının da şərəfini qoruyan Zappakosta, 2017-ci ildə “Torino”dan “Çelsi”yə transfer olunub. O, daha öncə “Atalanta” və “Avellino” klublarında da çıxış edib.
 

Daha çox


Son xəbərlər