“Oyunun əvvəlindən həyəcan hiss olunurdu. “Qarabağ”ın avrokuboklardakı çıxışını hər halda futbolçular izləyib. Bu, bəzi həyəcana səbəb olmuşdu. Ancaq getdikcə o həyəcanı atmağı bacardılar".
Qol.az-ın məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 1-ci turunda evdə "Qarabağ"a 0:1 hesabı ilə açılış matçından sonra söyləyib.
48 yaşlı mütəxəssis 74-cü dəqiqədə Emin Mehtiyevin qırmızı vərəqə alması komandanın planlarını pozduğunu deyib: "Qırmızı vərəqə gözlənilməz oldu, planlarımızı pozdu. Amma ümumilikdə pis təsir bağışlamadıq. Xüsusən də qapıçımız Stanislav Namaşko yaxşı çıxış etdi. Futbolçu qırmızı vərəqəni mübarizə zamanı alarsa, onun cəriməsini lap cibimdən də ödəyərəm.
Amma belə şeyləri heç cür bağışlaya bilmərəm. Bu, bağışlanmaz hərəkətdir. Ancaq Mehtiyev toplanış dönəmində pis çıxış etmədi. İrəlidəki turlarda özünü göstərə biləcəyimə inanıram. Ruslan Qurbanov da tam hazır deyil. Onu birinci hissədə də dəyişə bilərdim. Amma istəmədim ki, bu onun üçün zərbə olsun. Bugününkü oyun bizə ümid verdi".
Əhmədov komandanın qarşısına avrokuboka vəsiqə qazanmaq tapşırığı qoyulduğunu söyləyib: "Hədəf mükafatçılar sırasına düşmək və Avropa Liqasına vəsiqə qazanmaqdı. Əfran İsmayılov da artıq bizimlədi. Əfran hələ hazır deyil. Milli komandanın çıxışından, 4-cü turdan sonra onu meydanda görə bilərsiniz. Bugünkü oyun bizə ümid verdi. İnanıram ki, komandanın qarşıya qoyulan məqsədə çatmağa gücü çatacaq".
Baş məşqçi daha tramsfer etməyəcəklərini də vurğulayıb.
Haaland üçün xüsusi oyun
"Beşiktaş”ın futbolçusu klubdan ağlayaraq ayrıldı - Video
"Neftçi"nin məşqçilər heyətinə yeni təyinatlar oldu - Rəsmi
Yamal, Haaland, Mbappe...
Ronaldonun iddialı arzusu: klubu satın almaq istəyir
"Trabzonspor" nigeriyalı futbolçu ilə anlaşdı
"Mançester Yunayted"dən "Ayaks"a keçə bilər
ÇL-nin oyunları bu topla oynanılacaq
Güləş üzrə Azərbaycan çempionatına start verildi
"Neftçi"də oynamağı çox arzulayırdım"
Millinin oyun günü ölkədə rəsmi tətil olacaq
"İmişli" hücumçusu ilə yollarını ayırdı - Rəsmi
“Qəbələ” nigeriyalı hücumçunu transfer etdi - Rəsmi
Klubların lisenziyalaşdırılması üzrə təlimlər başa çatdı
İspaniya kubokunda 1/8 finalın püşkü atıldı
"Milan"da yeni müqavilə
Ter Ştegen "Barselona"nın düşərgəsini tərk etdi
"Turan Tovuz"dan ayrılan futbolçu "Kəpəz"də - Rəsmi
Qari Onil Fransa klubunun baş məşqçisi oldu
"Araz-Naxçıvan"ın oyununun vaxtı dəyişdirildi
Mini-futbolçu faciəvi şəkildə vəfat etdi
Azərbaycanın U-21 millisi 2 yoxlama oyunu keçirəcək
Braziliyalı legioner Azərbaycana qayıtmaqdan imtina etdi
Ukrayna klubunun futbolçusu “Neftçi”nin diqqət mərkəzində
Müvəqqəti baş məşqçi Sülşer ola bilər
"Barselona" Reşfordla bağlı qərarını verdi