Güləşçilərimizdən uğursuz start

Güləşçilərimizdən uğursuz start
GÜLƏŞ 28 İyun 2019 / 13:47 3121
-  A +

Belarusun paytaxtı Minskdə keçirilən 2-ci Avropa Oyunları davam edir.
 
Qol.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə yarışa start verilib. 

Azərbaycanl təmsil edən Sakit Quliyev (60 kq) və Kərim Cəfərov (67 kq) ilk görüşdə məğlub olub. Hər iki güləşçimiz mübarizəyə 1/8 finaldan başlayıb. Quliyev  xorvatiyalı İvan Lizatoviçə, Cəfərov isə  norveçli Haavard Yorgensenə uduzub.


Güləşçilərimizin sabah keçiriləcək təsəlliverici qarşılaşmalara vəsiqə qazanması rəqiblərinin nəticələrindən asılı olacaq. İdmançılarımızı məğlub edən pəhləvanlar finala yüksəlsə, bu, təmsilçilərimizə bürünc medal şansı yaradacaq.

 

 

 

Daha çox


Son xəbərlər
22.02.20  16:46

Runinin 500-cü oyunu

21.02.20  22:11

Jota birinci oldu

21.02.20  18:12

"Liverpul"da ciddi itki